Vaşinqtonda “Qarabağa dəstək” aksiyasında həbs olunanlara azadlıq istənildi

Azərbaycanlılar səfirliyin önünə toplaşdılar

Source: Specify Source
Vaşingtonda siyasi məhbuslara azadlıq aksiyası

Sentyabrın 24-də azərbaycanlılar Azərbaycanın Vaşinqtondakı səfirliyinin önündə aksiya keçiriblər. Bu barədə jurnalist Aynur Talıbova məlumat yayıb. Onun sözlərinə görə, aksiyanın məqsədi “Qarabağa dəstək” aksiyası zamanı həbs olunanlara azadlıq tələbidir.

Bu ilin iyulunda Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində atəşkəs pozulub. Rəsmi məlumatlara görə, 12-14 iyul tarixlərində baş verən atışma zamanı Azərbaycan tərəf 12, Ermənistan isə 7 hərbçisini itirib.

İyulun 15-də ölkə Prezidenti İlham Əliyevdən müharibəni başlamağı istəyən və Qarabağa dəstək göstərən əhali küçələrə axışaraq yürüş edib. Aksiyadan sonra xeyli sayda müxalifətçi, ictimai-siyasi fəal saxlanılıb, onlar Cinayət Məcəlləsinin 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması), 278 (hakimiyyəti zorla ələ keçirməyə və ya zorla əldə saxlama yönəlik hərəkətlər), 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri, eləcə də İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndiriliblər.

120134724_765253790982176_6479429294621647790_n.jpg
Azərbaycanlılar səfirliyin önünə toplaşdılar

“Qarabağa dəstək” aksiyası müxtəlif ölkələrdə, xüsusilə ABŞ-ın müxtəlif şəhərlərində keçirilib. ABŞ-ın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar Vaşinqtondakı Azərbaycan səfirliyinin önünə toplaşaraq öz dəstəklərini bildiriblər.

Aynur Talıbovanın sözlərinə görə, azərbaycanlı fəallar indi yenidən səfirliyin önünə toplaşaraq, “Qarabağa dəstək” yürüşünə görə həbs olunan ictimia-siyasi fəalların azad olunmasını tələb edirlər.

Aksiyada “İşgəncəyə son!“, “Haqq, hüquq, ədalət!” şüarları səsləndirilib. Aksiya iştirakçısı olan jurnalist Rəvan Seyfullanın sözlərinə görə, tələbləri saxlanılanlara qarşı işgəncələrə son verilməsi, hər kəsin səsinin eşidilməsidir. Saxlanılanlar arasında onun atası Telman Seyfullayev də var.

Ana səhifəSiyasətVaşinqtonda “Qarabağa dəstək” aksiyasında həbs olunanlara azadlıq istənildi