Vaqonda yaşayan ailə: Çimmirik, ayaqyoluna qonşuya gedirik

Vaqonda yaşayan ailə: Çimmirik, ayaqyoluna qonşuya gedirik

Xəzər rayonu Dübəndi bağları ərazisində vaqonda 4 nəfərdən ibarət ailə yaşayır. Onlar bir il olar bura yerləşiblər. Əvvəl küçələrdə, yarımçıq tikililərin zirzəmilərində gecələyiblər. İki azyaşlı uşağı olan valideynlər işsiz və möhtac vəziyyətindədirlər. Samir Babayev iş olanda fəhlə kimi işləyib, çörək pulu qazanır. Amma bu da daim iş deyil. Ailə qonşuların, məsciddən gələn yardımların hesabına yaşayır. “Bir ildir mən buradayam. Qışda odun peçi ilə dolanırıq. Qonşulardan gedib su gətiririk. Ayaqyolu da, qonşuların ayaqyoluna gedirik. Çimməyə şərait yoxdur”- uşağını kiritməyə çalışan Günay Xəlilova deyir. “Yoldaşımla Pirallahı icra Hakimiyyətinə getmişəm. Hələ kiçik uşaq olmamışdan qabaq. Bir dəfə də bacımla getdim. Orada Samir müəllim var, ona yaxınlaşdım. O qayıtdı dedi ki, biz sizə ancaq onu eləyə bilərik ki, Layihə İnstitutu layihəni təsdiq eləyəndən sonra gözümüzü bağlayaq, sizə icazə verək tikinti aparasınız. Mən qayıtdım dedim ki, mənim imkanım yoxdur orada nəsə tikməyə. Qayıtdı dedi ki, biz sizə maddi, yaxud tikinti barədə köməklik eləyə bilmərik”- Samir Babayev deyir. Günay Xəlilova: “Çox çətin olur uşaqlarla… Su yox, bir şey yox, ancaq qonşuların həyətindən gətirirəm. – Bəs necə yuyunursunuz bu yayda? Yuyunmamışıq ki… Bir dənə uşaqları çimizdirirəm tefalda su qoyub”.Valideynlər hökumətdən iş və ev istəyirlər. Uşaqları böyüdükcə vaqonda yaşamağın imkansız olacağını deyirlər.

Ana səhifəVideoVaqonda yaşayan ailə: Çimmirik, ayaqyoluna qonşuya gedirik