Valideynlər ”İstek” liseyinin qarşısına toplaşdı

Onlar məktəbin bağlanmasına etiraz edirlər

Source:


Onlar məktəbin bağlanmasına etiraz edirlər

İyulun 7-də Bakıdakı “İstək” liseyinin şagirdləri və valideynlər məktəbin qarşısında aksiya keçiriblər. Onlar bir gün əvvəl Təhsil Nazirliyinin liseyin qapadılması ilə bağlı verdiyi qərara etiraz edirlər.

“İstək” Liseylər Şəbəkəsinə daxil olan 12 lisey bir gündə bağlanıb. Təhsil Nazirliyinin açıqlamasına görə, bununla bağlı liseyin təsisçisi quruma müraciət edib. Onlar da həmin müraciəti qəbul edərək, təhsil ocağını qapadıblar.

Etiraz edən valideynlər deyirlər ki, illik təhsil haqqını ödəyiblər. Lisey bağlanacaqdısa, niyə onlardan pul alınırdı?

Şikayətçilərin sözlərinə görə, hər il 10 min manata yaxın təhsil haqqı ödəyirlər.

“Liseylərin bağlanma qərarı yarım saat içərisində verilib. Bundan heç məktəb rəhbərlərinin də xəbəri olmayıb”,-valideynlərin qarşısına çıxan məktəb müəllimlərindən biri deyib.

Valideynlər Təhsil Nazirliyi və Prezident Administrasiyasının qarşısında aksiya keçirməyi planlaşdırırlar.

İstək Liseyi Zərifə Əliyeva Liseyinin pilot layihəsi kimi fəaliyyət göstərirdi. Liseyin ingilis, rus və Azərbaycan dili bölmələri var.

Ana səhifəXəbərlərValideynlər ”İstek” liseyinin qarşısına toplaşdı