”Uşaqların yanında qızıma 7 güllə vurub”

”Uşaqların yanında qızıma 7 güllə vurub”

Bu səs yazısı polis bölməsində polis olan əri tərəfindən öldürülən Xanım Məmmədovaya aiddir. O, evli olduğu 7 ildə davamlı olaraq işgəncəyə məruz qalıb.

Hadisə 30 oktyabrda Nizami rayonu 24-cü polis bölməsində baş verib.

Ailəsi deyir ki, təhqiqatçının israrı ilə Xanım Məmmədova bölməyə getməli olub. Orada izahatı alındıqdan sonra həyat yoldaşı İsmayıl Məmmədovun da bölməyə dəvət olunduğunu öyrənir.

Xanım Məmmədova etiraz etsə də, təhqiqatçı onun təhlükəsizliyinə zəmanət verir. İsmayıl Məmmədov bölməyə gələndən sonra otağa daxil olur və

digər polislərin, eləcə də uşaqların gözü qarşısında xidməti silahı ilə qadına 7 güllə zərbəsi endirir.

Azərbaycanda zorakılığa məruz qalanların polis bölməsində zorakılığı törədənlərlə üzbəüz qoyulması ilk belə hal deyil. Dəfələrlə qadın haqları müdafiəçiləri

polisi bu addımdan daşınmağa çağırıblar.

7 illik zorakılığa son vermək üçün polisə şikayət edən Xanım Məmmədovanın meyidi elə həmin bölmədən çıxarıldı.

Hazırda iş üzrə istintaq aparılır.

Bu hadisədən sonra zorakılıq qurbanlarının polis bölməsinə necə etibar edəcəyi isə məlum deyil.

Ana səhifəVideo”Uşaqların yanında qızıma 7 güllə vurub”