“Uşaqlar yemək istəyəndə çölə çıxıram”

“Uşaqlar yemək istəyəndə çölə çıxıram”

11 nəfərlik ailə bir evdə məskunlaşıb. Ata karantinlə bağlı günəmuzd işindən də məhrum olandan sonra ailənin yeməyə təkcə çörəyi qalıb – onu da tapa bilsələr… Ana deyir ki, uşaqlar ondan yemək istəyəndə çölə çıxmağa məcbur olur. Əli İsayev və onun həyat yoldaşı Aytən İsayeva yaşayışdan şikayətçidir. Onlar 190 manat üçün müraciət etsələr də, rədd cavabı alıblar. İndi gənc ailə üzünü vətəndaşlara tutub yardım istəyir.

Ana səhifəVideo“Uşaqlar yemək istəyəndə çölə çıxıram”