Uşaq evlərində yaşayan 38 nəfər öz ailəsinə qaytarılıb

Nazirlik bildirib ki, uşaqların övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması xüsusi diqqətdə saxlanır

Foto: Meydan tv


Ötən 1 ildə 27 uşaq övladlığa verilib

Dövlət uşaq müəssisələrində yaşayan uşaqların 38-i öz ailəsinə qaytarılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, qurum tərəfindən övladlığagötürmə sahəsində idarəetmənin həyata keçirilməsinə başlandığı 1 noyabr 2019-cu ildən bu günə qədər 27 uşaq (14 oğlan və 13 qız) övladlığa verilib.

Onlardan 5-i ögey ana – ögey ata, 17-si yaxın qohum tərəfindən, 2-si valideynlər arasında razılıq əsasında, 3 uşaq isə dövlət uşaq müəssisəsindən övladlığa götürülüb. Övladlığa götürülmüş uşaqlardan 10-u 0-3 yaş, 16-sı 4-11 yaş, 1-i isə 12-18 yaş aralığında olanlardır.

img_6044.jpg
Cədvəl

Nazirlik bildirib ki, uşaqların övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması xüsusi diqqətdə saxlanır: “Bu istiqamətdə ciddi nəzarət, övladlığa götürülən hər uşağın ailədəki vəziyyətinin öyrənilməsi üçün dövri monitorinqlər həyata keçirilir”.

Ana səhifəSosialUşaq evlərində yaşayan 38 nəfər öz ailəsinə qaytarılıb