Qoşqar Təhməzli

Mənbə: Foto: arxiv

Başlıq: Qoşqar Təhməzli

“Universitetin tələbəsi toksik zəhərlənmədən ölüb”

Qoşqar Təhməzli: “Tələbələr qidadan zəhərlənməyib”

“Bakı Dövlət Universitetin (BDU) yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb”.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Hadisə noyabrın 21-də baş verib.

BDU-nun 2 nömrəli yataqxanasında 3 tələbə zəhərlənib. Tələbələrdən biri, 1999-cu il təvəllüdlü Şəkər Xamətova ölüb. Digər iki tələbə noyabrın 27-də xəstəxanadan evə buraxılıblar.

Qoşqar Təhməzli tələbələrin zəhərlənməsi ilə bağlı cinayət işinin başlanıldığını və istintaq aparıldığını söyləyib.

Ancaq o, suallara konkret cavab verməyib, yalnız qida zəhərlənməsi barədə deyilənləri təkzib edib:

“Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir”, - Qoşqar Təhməzli deyib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bv1939

Ən çox baxılan