Ülviyyə Könül “Mədəniyyət” kanalının direktoru oldu

AzTV rəhbəri yeni əmr imzalayıb

Source: Xəzər TV


AzTV rəhbəri yeni əmr imzalayıb

“Mədəniyyət” telekanalına yeni təyinat olub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun əmri ilə Əməkdar incəsənət xadimi Ülviyyə Könül direktor vəzifəsinə təyin edilib.

Bu barədə məlumatı telekanalın sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib.

Ramil Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.

Ülviyyə Könül 2019-cu ilin oktyabrından “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin baş rejissoru vəzifəsində çalışıb.

Ülviyyə Könül daha çox klipmeyker fəaliyyəti ilə tanınıb. O, Azərbaycan şou-biznesində əksər müğənnilərin mahnılarına klip çəkib.

Ana səhifəMədəniyyətÜlviyyə Könül “Mədəniyyət” kanalının direktoru oldu