Filipp Kirkorov

Mənbə: Ria novosti

Başlıq: Filipp Kirkorov

Ukrayna Kirkorovu "qara siyahı"dan çıxarıb

Məqalə yeniləndi:  28 İyun 2021

Siyasıda 200 nəfərin olduğu bildirilir

Rusiyanın Xalq artisti Filipp Kirkorov Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin "qara siyahı"sından çıxarılıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

“İyunun 27-dən Ukraynanın milli təhlükəsizliyini təhdid edən şəxslər siyahısında iki yüz nəfər var. Onların arasında Kirkorov yoxdur. Siyahı sonuncu dəfə iyunun 25-də yenilənib. Bundan öncə siyahıda iki yüz bir nəfər vardı”, - xəbərdə deyilir.

Rəsmi Kiyevin qərarını şərh edən sənətçi deyib ki, yerli məmurlar millətçilik təbliğatlı parazit şüarları ilə özlərinə xal qazanmağa çalışırlar.

Bir neçə gün öncə Ukrayna Təhlükəsizlik Xidməti Kirkorovu milli təhlükəsizliyi təhdid edən şəxslər siyahısına daxil etmişdi.

Qurum qadağanın səbəbi kimi müğənninin Krımın Rusiyaya birləşdirilməsi fikrini dəfələrlə səsləndirməsi ilə izah edib.

Eyni səbəbə görə Litva Daxili İşlər Nazirliyi də bu il yanvarın 19-da ifaçıya 5 illik qadağa qoyub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  28 İyun 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wndv93

Ən çox baxılan