Mənbə: Reuters

Uill Smit özünü siyasətdə sınayacaq

Məqalə yeniləndi:  19 Mart 2021

O, ABŞ-da irqçiliyə qarşı etirazları dəstəkləyir

Amerikalı aktyor və rejissor Uill Smit siyasətçi olmaq qərarına gəlib.

Sənətçi yaxın gələcəkdə hər hansı siyasi postda namizədliyini irəli sürəcəyini deyib: “Nikbinəm və inanıram ki, insanlar arasında qarşılıqlı anlaşma və harmoniya mümkündür. İstər aktyor, istərsə də siyasətçi kimi bu işə mütləq töhfə verəcəyəm”.

Aktyor beş il öncə ABŞ prezidentliyinə namizəd ola biləcəyini söyləmişdi.

“Əgər insanlar xəbərlərdə və digər yerlərdə müsəlmanlarla bağlı söylədikləri fikirlərə davam etsələr, mən də siyasətlə məşğul olacağam”, - Uill Smit bildirmişdi.

Afroamerikalı aktyor ötən il ABŞ-da irqçiliyə qarşı etirazları dəstəkləyib. O hətta bu problem üçün bir araya gələn müasir gəncliklə fəxr etdiyini deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  19 Mart 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5gzm4b

Ən çox baxılan