Nurlan İbrahimov

Mənbə: Reuters

Başlıq: Nurlan İbrahimov

UEFA mətbuat katibini ömürlük futboldan kənarlaşdırdı

Məqalə yeniləndi:  26 Noyabr 2020

Nurlan İbrahimov paylaşımına görə cəzalandırıldı

UEFA “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı yekun qərarını açıqlayıb.

Qitə futbol qurumu Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb və “Qarabağ” klubunu 100 min avro miqdarında cərimə edib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Ermənistan silahlı birləşmələri Bərdə şəhərini raket atəşinə tutduqdan sonra Nurlan İbrahimov şəxsi “Facebook” səhifəsində bu hadisədən təsirləndiyini və qarşı tərəf haqqında nifrət nitqi səsləndirib.

Həmin paylaşım haqda UEFA-ya şikayət göndərilib və “Qarabağ” klubunun cəzalandırılması, hətta Avroliqadan uzaqlaşdırılması tələb olunub.

O, sözügedən paylaşımı silərək, Bərdə şəhərində yaşanan faciədən sonra affekt vəziyyətində olduğunu, qucağında ölmüş övladını tutan atanın görüntülərini gördükdən sonra nifrətdolu paylaşım etdiyini qeyd edib.

“Qarabağ” məsələ ilə bağlı bəyanat yayıb və qəddarlıq fonunda duyğusal hisslərini ani idarə edə bilməyən N.İbrahimovun sosial şəbəkədə yazdığı və sonradan doğru olmadığını etiraf edərək sildiyi ifadələrin klubun mövqeyini əks etdirmədiyini, rəhbərlik tərəfindən dəstəklənmədiyini bildirib. Klub rəsmisinin hərəkəti Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət yaratdığı üçün hüquq-mühafizə orqanları tərəfindən İbrahimova qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmə tərəfindən müvafiq cəza tətbiq edilib. O, 500 manat cərimələnib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  26 Noyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u3v6pk

Ən çox baxılan