“Üçüncü mikrorayon bazarı”

Mənbə: Foto: Fatima Mövlamlı

Başlıq: “Üçüncü mikrorayon bazarı”

“Üçüncü mikrorayon bazarı” yanır (yenilənib)

Məqalə yeniləndi:  15 Dekabr 2019

***

Fövqəladə Hallar Nazirliyi “3-cü mikrorayon bazarı”nda yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 6100 kv.m-dən artıq sahəsi olan bazarda 280 kv.m sahədə kafe və satış piştaxtaları, 2 ədəd "QAZEL" markalı yük avtomobili və bazara bitişik 50 kv.m sahəsi olan avtomobil təmiri sexi yanıb:

"Bazarın qalan hissəsi yəni, 5800 kv.m-dən artıq ərazisi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb".

***

Hazırda yanğınsöndürmə işləri davam etdirilir

Dekabrın 14-də paytaxtın Nəsimi rayonundakı “3-cü mikrorayon bazarı”nda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə əraziyə 5 yanğınsöndürən maşını gətirilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Xəsarət alanlar haqqında məlumat verilmir.

Dekabrın 10-da Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğın nəticəsində 5 hektarlıq bazarın 2 hektarı yanmışdı.

Bazarın qarşısı

Bazarın qarşısı

Mənbə: Foto: Fatima Mövlamlı

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  15 Dekabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jtyb9m

Ən çox baxılan