Üç ayağı kəsilmiş pişiyin həyat mübarizəsi

Üç ayağı kəsilmiş pişiyin həyat mübarizəsi

Xaçmazda bir pişiyin 3 ayağı kəsilib. Heyvansevər Nailə Rüstəmli yaralı pişiyi sahibləndikdən sonra ona Mia adını verib. Mianın evtanaziyasına qərar verilsə də, pişiyin "həyat eşqi" Nailəni fikrindən daşındırıb. Mia tezliklə bərpa olunub, yaşamağa davam edib. İndi Nailə Miadan alınanları ona geri vermək üçün kampaniya başladıb. Lazımi məbləğ yığılsa, Mia Azərbaycanda bioprotezə sahib ilk pişik olacaq. Heyvansevər düşünür ki, bu kampaniya heyvan zorakılığı ilə mübarizədə də yaxşı nümunə ola bilər.

Ana səhifəVideoÜç ayağı kəsilmiş pişiyin həyat mübarizəsi