Şuşada beynəlxalq film festivalı keçirilə bilər

Azərbaycan və Türkiyə mədəniyyət nazirləri birgə fəaliyyət barədə razılığa gəliblər

Source: Meydan TV


Azərbaycan və Türkiyə mədəniyyət nazirləri birgə fəaliyyət barədə razılığa gəliblər

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Ankarada görüşü zamanı film sənayesi sahəsində birgə fəaliyyət barədə razılığa gəlib.

Razılığa əsasən, kino sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində müştərək film və serialların istehsalı, həmçinin beynəlxalq platformada yayımlanması nəzərdə tutulub.

Bundan başqa, Qarabağ mövzusunda filmlərin çəkilməsi də planda var. Beynəlxalq festivalların təşkili ilə yanaşı, Şuşada beynəlxalq film festivalın keçirilməsi də müzakirə olunub.

Həmçinin Azərbaycan və Türkiyə arasında Mədəniyyət üzrə əməkdaşlıq Protokolunun imzalanması üçün zəruri işlərin görülməsi və Birgə Komissiyanın (İşçi qrupunun) növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçirilməsi barəsində razılıq əldə olunub.

Ana səhifəMədəniyyətŞuşada beynəlxalq film festivalı keçirilə bilər