Mənbə: https://www.hurriyet.com.tr/

Türkiyənin 7 bölgəsində yanğın: əhali və turistlər evakuasiya edilir

4 nəfərin həyatını itirdiyi açıqlanıb

Türkiyədəki yanğınlar artıq 48 saatdan artıqdır ki, davam edir. Antalya, Adana, Osmaniyə, Mərsin, Kayseri, Muğla, Kütahya bölgələrindəki meşə yanğınlarından son 2 gündə 4 nəfər həyatını itirib.

Yüzlərlə mülkə və obyektə zərər dəyib.

Muğlanın Marmaris rayonunda istirahətdə olan turistlərin Meydan TV-yə verdiyi məlumata görə, artıq yanğın istirahət mərkəzlərinə yaxınlaşıb.

Onların sözlərinə görə, otellərdə tüstüdən nəfəs almaq mümkün deyil: “Otelin bir tərəfi meşəyə, bir tərəfi dənizə baxır. Odur ki, balkondan baxanda elə yanğını görmək mümkündür. Otel rəhbərliyi hamımızı yeməkxanaya toplayıb. Külək kəsmir deyə helikopterlərin söndürməsi də çətinləşir. Açığı bizi turla gətirən şirkətin də vecinə deyil. Bizi heç yerə yerləşdirmirlər. Dünən yanğını söndürməyə gələnlərdən bir nəfər ölüb. Burada danışırlar ki, yanğın qəsdən törədilib, istidən deyil”.

Marmarisdə istirahət edənlər bildirirlər ki, otel nümayəndəliyi dünən onlara “təhlükəli vəziyyətdə sizi evakuasiya edəcəyik” desə də, hələ ki bir xəbər yoxdur: “Elə vəziyyət də təhlükəlidir. Oturub gözləyirik, görək nə olacaq”.

CNN Türk yazır ki, bəzi bölgələrdə yanğınlar kontrol altına alınıb, bəzi bölgələrdə isə söndürmək işləri davam edir.

Marmarisin İçmeler Mahallesindəki 11 ev ilə Halit Narin Peşə Liseyi ve Tekniki Anadolu Liseyinin damı zərər görüb. Alovların məktəbin önündəki yanacaqdoldurma məntəqəsinə yaxınlaşmasının qarşısı çətinliklə alınıb.

Prokurorluq bildirir ki, hazırda yanğının necə başlaması ilə bağlı araşdırma aparılır.

Prokurorluq bildirir ki, hazırda yanğının necə başlaması ilə bağlı araşdırma aparılır.

Mənbə: DHL

Hazırda alov sürətlə 481 nəfərin yaşadığı Osmaniyə Məhəlləsinə tərəf gedir. Məhəllənin insanları ərazidən Bozbur Məhəlləsinə evakuasiya edilib. Osmaniyə məhəlləsində 9 ev tamamilə yanıb, Marmaris Ticaret Odasına məxsus Balevi zərər görüb.

Yanğının sürətli olduğu İçmeler məhəlləsində sahildəki otellərin baxçasındakı ağaclar yanıb. Yanğının binaya keçməsi helikopterlər vasitəsilə önlənib. Oteldə qalanlar evakuasiya edilib. Panik olan müştərilər vəziyyəti telefonlarına çəkib sosial şəbəkələrdə paylaşıblar.

Marmaris-İçmeler avtomobil yolu bağlanıb. Tüstü və alovdan qorxuya düşən turistlər turist gəmiləri ilə Marmarisin mərkəzinə köçürülüb. Marmarisdə yanğın hələlik kontrol altına alına bilməyib.

Yanğın səbəbindən ərazidə elektrik enerjisinin verilməsi dayandırılıb, internet yaxşı işləmir. Yanğın bəzi yaşayış məhəllələrinin 40 metrliyinədək yaxınlaşıb. Yanğınla bağlı Milas Cumhuriyyet Baş Prokurorluğunda araşdırma başlanıb.

Verilən açıqlamada bildirilib ki, iyulun 29-da saat 14:58-də Muğla və Milas rayonları Kuyucak bölgəsində meşəlik ərazidə yanğın başlayıb.

Prokurorluq bildirir ki, hazırda yanğının necə başlaması ilə bağlı araşdırma aparılır.

Osmaniyədə alovların yaxınlaşdığı Bayır və Turunç məhəllələri də boşaldılıb.

İçmələr məhəlləsinin sakini, 25 yaşlı Şahin Akdemir alovların arasında qalaraq həyatını itirib.

Domaniç Bələdiyyəsindən isə bildirilib ki, yanğının qarşısını almaq məqsədilə yeni tədbirlərə əl atılır.

Domaniç Bələdiyyəsindən isə bildirilib ki, yanğının qarşısını almaq məqsədilə yeni tədbirlərə əl atılır.

Mənbə: https://www.hurriyet.com.tr/

Dünən axşam Adanın Kozan rayonunda da yanğın başlayıb. Səhər saatlarında buradakı yanğın qismən kontrol altına alınıb. Bu bölgədə 7 kəndin sakinləri bütünlükdə evakuasiya edilib.

Mersin bölgəsinin Silifke rayonundakı yanğın isə küləyin köməyilə daha da geniş ərazilərə yayılıb. Buradakı Yeşilovacık, Akdere, Işıklı, Bağalanı və İmamuşağı məhəllələrinin sakinləri evlərindən evakuasiya edilib. Külək söndürmə əməliyyatlarını çətinləşdirib.

Kütahya meri Ali Çelik buradakı yanğında hər hansı bir sabotaj izinin olmadığını deyib: “Yanğın müdaxiləsi çətin olan bir ərazidə başlayıb. Meşə izləmə qalalarındakı məsul şəxslərin yanğını görməsindən sonra bölgəyə çox sayda insan cəlb edilib. Meşədəki məsul şəxslərin, yanğınsöndürən və ərazidə yaşayanların köməyilə buradakı yanğın tez bir zamanda kontrol altına alınıb. Hazırda yanğına müdaxilələr davam edir. Yanğının təbii yollarla başladığını ehtimal edirəm”.

Domaniç Bələdiyyəsindən isə bildirilib ki, yanğının qarşısını almaq məqsədilə yeni tədbirlərə əl atılır.

Rəsmi məlumatlara görə, ölkə üzrə 42 yanğın kontrol altına alınıb, 21-i davam edir.

Tarım ve Orman naziri Bekir Pakdemirli Manisanın Soma rayonunda başlayan yanğının kontrol altına alındığını söyləyib.

Pakdemirli “Twitter” hesabından verdiyi açıqlamada bildirib ki, hazırda ərazidə soyutma işləri gedir.

Türkiyədə meşə yanğınları iyulun 28-dən başlayıb. Bəzi ərazilərdə hazırda da davam edir.

Yanğının ilk günündə açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan bildirib ki, yanğını mümkün qədər tez söndürməyə çalışacaqlar və hökumət ziyan dəymiş hər bir kəsə kompensasiya ödəyəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4j7t7t

Ən çox baxılan