Türkiyədəki dövlət çevrilişinə cəhddən dörd il keçir

“Bu gün 15 iyul çevriliş cəhdinin dördüncü ildönümündə Türkiyə Böyük Millət Məclisinin hesabatı hələ də yoxdur!”

Source: Specify Source


“Bütün parçaları birləşdirəndə oyunun içində bir oyun olduğunu görürük”

15 iyul 2016-cı ildən – Türkiyədəki uğursuz dövlət çevrilişi cəhdindən dörd il keçir, ancaq parlamentin hadisəyə dair hesabatı hələ də ictimaiyyətə açıqlanmayıb, – “Cümhuriyyət” xəbər verir.

Parlament komissiyası hesabat üzərində işini 4 oktyabr 2016-cı ildə başlayıb. Hesabat 4 yanvar 2017-ci ildə tamamlanıb. Lakin nəticələr hələ də açıqlanmayıb.

“Bu gün 15 iyul çevriliş cəhdinin dördüncü ildönümündə Türkiyə Böyük Millət Məclisinin hesabatı hələ də yoxdur!” – CHP millətvəkili Mustafa Balbay köşə yazısında qeyd edib.

“Nəyi gizlədirsən, niyə gizlədirsən və kimdən gizlənirsən?” – o soruşub.

Balbay uğursuz çevrilişlə bağlı hələ də bir çox cavabsız sualların olduğunu, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) çevriliş cəhdini təşkil etməkdə günahlandırdığı və bir zamanlar müttəfiqi olduğu Gülən hərəkatı ilə əlaqələrinin olduğunu deyib.

“Bütün parçaları birləşdirəndə oyunun içində bir oyun olduğunu görürük”,- o deyib.

Türkiyə 15 iyul 2016-cı ildə həyata keçirilmiş və Prezident Rəcəb Tayyip Ərdoğanın devirmək məqsədi güdən uğursuz dövlət çevrilişində Amerikanın Pensilvaniya ştatında məskən salmış İslam alimi Fəthullah Güləni ittiham edir. Gülən ittihamları rədd edir.

“Keçən dörd ildə Türkiyə hadisə ilə bağlı 282,790 nəfər nəzarətə alıb”, – Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib.

Onlardan 94,975 nəfəri çevrilişdə ittiham edilərək həbs edilib,- “Sözcü” xəbər verib. Çevriliş zamanı 250 nəfər öldürülüb.

Çərşənbə axşamı günü Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib ki, bu günə qədər Gülən hərəkatının 20,077 üzvü Türkiyə Silahlı Qüvvələrindən atılıb.

Türk hökumətinin hərəkata qarşı qlobal təzyiqinin bir hissəsi olaraq 150 mindən çox dövlət işçisi işdən çıxarılıb və ya vəzifəsindən azad edilib.

Ana səhifəDünyaTürkiyədəki dövlət çevrilişinə cəhddən dörd il keçir