Türkiyədə meşə yanğınları davam edir

“Antalya Manavqatda və Gündoğmuşda 2, Muğlada 4, Tunceli Hozatda isə 1 yanğın davam edir.

Source: Specify Source


Gündüz söndürülmüş yanğın gecə yenidən alovlanıb

Türkiyənin Antalya şəhərinin Manavgat adlanan bölgəsində başlayan və ətraf ərazilərə yayılan meşə yanğınları 5 gündür davam edir.

Ən son açıqlanan statstikaya görə, yanğınlar nəticəsində 8 nəfər həyatını itirib. Muğlanın Bodrum şəhərinin Gökpınar, Yuxarı və Aşağı Mazı məhəllələri ilə Armutçuk bölgəsində davam edən yanğınların söndürülməsi işləri davam edir.

Kənd təsərüfatı və meşə naziri Bəkir Pakdemirli özünün “Twitter” hesabında “meşə qəhrəmanları böyük cəsarətlə mücadələyə davam edirlər” – deyə, bildirib:

“Antalya Manavqatda və Gündoğmuşda 2, Muğlada 4, Tunceli Hozatda isə 1 yanğın davam edir. Son 5 gündə 117 yanğın konrol altına alınıb”.


CNN Türk

də yazır ki, hazırda 7 meşə yanğını davam edir. Onlardan biri əvvəlcə söndürülüb, sonra yenə alovlanıb.

Sayt qeyd edir ki, havadan və qurudan edilən müdaxilələrlə gündüz saatlarında kontrol altına alınan Güzelbağdakı meşə yanğını axşam saatlarında təkrar başlayıb.

Alanyanın Bələdiyyə sədri Adem Murat Yücel bildirib ki, Güzelbağın üst bölgələrində akşam saatlarında yanğın yaşayış məntəqələrinə yaxınlaşıb:

“Buna görə həmin ərazilərdə yaşayanların yenidən təhliyəsinə qərar verilib. Evlərini boşaltmaq məcburiyyətində qalan vətəndaşlar üçün şadlıq evlərində, liseylərdə müvəqqəti qalmaq üçün yerlər hazırlanıb. Vətəndaşları bələdiyyə avtobusları, tır və kamazlarla riskli bölgədən uzaqlaşdırırıq. Eyni zamanda, yanğın bölgəsindəki bütün heyvanlar da bələdiyyə maşınları ilə güvənli ərazilərə köçürüləcək”.

61065ce44e3fe11514997847.jpg
“Son 5 gündə 117 yanğın konrol altına alınıb”.

Yücel yanğını söndürmək üçün gələn kamandaların bütün gün havadan və qurudan müdaxilələr etdiklərini də bildirib. “Əllərindən gələni edirlər”, – deyib.

Hazırda Muğlanın Seydikemer bölgəsindəki meşəlik ərazidə başlayan yanğını nəzatət altına almağa çalışırlar. Həmin əraziyə yaxın Arifler Məhəlləsində də hələ səbəbi məlum olmayan yanğın başlayıb. Buradakı yanğına da hazırda havadan və qurudan müdaxilə edilir. Yanğın yaşayış bölgələrinə yaxındır, bu baxımdan vətəndaşlara diqqətli olmaları tövsiyə edilib.

Armutalan Məhəlləsi Şirinyer bölgəsindəki meşəlik ərazidə 4 gün əvvəl başlayan yanğın küləyin köməyilə yayılaraq İçmeler, Turunç, Osmaniye, Bayır, Çiftlik, Turgut, Hisarönü ve Orhaniye məhəllələrini ələ alıb.

Yanğını kontrol altına almaq üçün komandalar gecə boyunca işləyiblər. Həmin əraziyə 12 helikopter və 3 təyyarə cəlb edilib.

Eyni zamanda, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 100 nəfərlik qrupu da Marmarisdə söndürmə əməliyyatlarına dəstək verir. Əraziyə böyük şəhərlərdən, ətraf rayonlardan gələn yanğınsöndürənlər, axtarma qrupları və könüllülər də yanğının söndürülməsinə dəstək verirlər.

İyulun 30-da Azərbaycan Baş naziri Əli Əsədov ilə Türkiyə Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olmuşdu.

610586fe4e3fe11514996f34.jpg
“Yanğını kontrol altına almaq üçün komandalar gecə boyunca işləyiblər”

Telefon danışığında meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanmışdı.

"Azərbaycan Prezidentinin … göstərişlərinə əsasən, Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək", deyə bildirilirdi.

İyulun 28-i və 29-da Türkiyənin 20-dən çox vilayətində baş verən 100-dən artıq meşə yanğını nəticəsində 8 nəfərin həlak olduğu bildirilir. Xeyli heyvanın tələf olduğu, bir çox ev, iaşə obyektlərinin yararsız vəziyyətə düşdüyü deyilir.

Ana səhifəDünyaTürkiyədə meşə yanğınları davam edir