Mənbə: Defpost

Türkiyə Suriya təyyarəsini vurub

Türkiyə çərşənbə axşamı Suriyanın şimal-qərb istiqamətində Suriya hökumətinə məxsus döyüş təyyarəsini vurub, - “Reuters” xəbər verir.

Məlumata görə, bu, bazar günündən bəri Türkiyənin vurduğu üçüncü təyyarədir.

“Bu, NATO müttəfiqi Türkiyəni Bəşər Əsəd qüvvələrini dəstəkləyən Rusiya ilə birbaşa qarşıdurmaya apara bilər”,- təhlilçilər vurğulayır.

Dekabr ayından bəri Türkiyə sərhədində bir milyondan çox qaçqının toplandığı bildirilir. İdlib uğrunda döyüşlər Birləşmiş Millətlər Təşkilatının qorxusunu, doqquz illik Suriya vətəndaş müharibəsinin ən pis humanitar böhranının baş qaldırma ehtimalını mümkün edib.

Türkiyənin dəstəklədiyi müxalif qüvvələr son həftələrdə strateji kəsişmədə yerləşən Saraqeb şəhərinə nəzarət etmək üçün Rusiya və İranın dəstəklədiyi hökumət qüvvələrinə qarşı savaşmaqdadır. Bu şəhər həm hökumət tərəfindən ələ keçirilmiş Suriyanın ən böyük şəhəri Hələbə, həm də son böyük üsyançı şəhər olan İdlibə girişə nəzarət edir.

Keçən həftə Suriya hava zərbəsi ilə son on ildə Türkiyə ordusuna edilən ən ölümcül hücum həyata keçirdi və ən az 34 türk əsgəri öldürüldü. Bu hadisədən sonra zenit raketlərə sahib olan Moskva Suriya səmalarında Türkiyə təyyarələrinin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyi barədə xəbərdarlıq edib.

Türkiyə Müdafiə Nazirliyi çərşənbə axşamı qeyd edib ki, Türk qüvvələri Suriyanın L-39 quru hücum təyyarəsini vurub. Suriyanın dövlət SANA xəbər agentliyi təyyarənin İdlib üzərində Türkiyə döyüş təyyarələri tərəfindən vurulduğunu təsdiqləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın Prezidenti Vladimir Putin cümə axşamı qarşıdurmanın qarşısını almaq üçün bir araya gələcək.

Türkiyə ilə birbaşa qarşıdurmaların perspektivi ilə bağlı sualları cavablandıran Kremlin sözcüsü Dmitri Peskov jurnalistlərə deyib: “Ümid edirik ki, iki ölkənin hərbçiləri arasında sıx əlaqə sayəsində bu riski tamamilə minimuma endirə biləcəyik”.

Artıq 3,6 milyon suriyalı qaçqına ev sahibliyi edən Türkiyə daha artıq qaçqını qəbul edə bilməyəcəyini deyib. Ankara Əsəd qüvvələrinin 2017-ci ildə Rusiya və İranla razılaşdırılmış xəttin gerisinə qədər sıxışdırmağa çalışır.

Keçən həftədən bəri Türkiyə Yunanıstan və Bolqarıstanla sərhədlərini miqrantların üzünə açıb. Bununla Ankara torpaqlarında olan qaçqınların Avropa Birliyinə daxil olmasına icazə verib.

Son günlər təxminən 10,000 miqrant Yunanıstana quru yolu ilə keçməyə çalışıb. 1000-ə yaxın insan dəniz yoluyla Yunanıstana keçib. Miqrantların canlanması 2015-2016-cı illərin miqrasiya böhranının təkrarlanacağı qorxusunu yeniləyib. Bu illər ərzində 1 milyona yaxın qaçqın Yunanıstana keçib. 4000 nəfər isə Egey dənizində boğulub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/s9949i

Ən çox baxılan