Camal Qaşıqçı

Mənbə: arxiv

Başlıq: Camal Qaşıqçı

Türkiyə Qaşıqçı qətli ilə bağlı yeni ittiham aktı hazırlayıb

İstanbul məhkəməsində Qaşıqçının qətlinə görə 20 Səudiyyə vətəndaşı mühakimə olunur

Türkiyə prokurorları səudiyyəli jurnalist Camal Qaşıqçının 2018-ci ildə İstanbulda öldürülməsi ilə bağlı ikinci ittihamnamə hazırlayıb.

CNN Türk xəbər verir ki, altı yeni Səudiyyə vətəndaşı şübhəli olaraq işə əlavə edilib.

Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın tənqidçisi olan Qaşıqçı son dəfə 2 oktyabr 2018-ci ildə yaxınlaşacaq toyu üçün sənəd almaq üçün getdiyi İstanbul Səudiyyə konsulluğunda görülüb. Türk rəsmilər Qaşıqçının cəsədinin parçalanaraq binadan çıxarıldığını və bu səbəbdən qalıqlarının tapılmadığını düşünürlər.

İstanbul məhkəməsində Qaşıqçının qətlinə görə 20 Səudiyyə vətəndaşı mühakimə olunur. CNN Türk iki konsulluq işçisi və digər dörd Səudiyyə vətəndaşı da daxil olmaqla altı şübhəliyə qarşı ittiham aktının əsas iş ilə birləşdirilməsi üçün məhkəməyə göndərildiyini qeyd edib.

Şübhəlilərdən ikisi - bir vitse-konsul və bir attaşe - qəsdən adam öldürmə ilə ömürlük həbs cəzasına məhkum ola bilər.

CNN Türk əlavə edir ki, digər dörd nəfər qətldən bir həftə sonra, 10-11 oktyabr 2018-ci il tarixlərində İstanbula dəlilləri məhv etmək, gizlətmək və ya təhrif etmək məqsədilə gəlib və addıma görə onlar beş ilədək cəza ala bilər.

İstanbul prokurorluğu mediada yer alan xəbərlərə şərh verməyib.

Bu ay, Səudiyyə məhkəməsi Qaşıqçının ailəsinin qatilləri bağışladığından və əvvəlki edam hökmlərinin kənara qoyulmasından dörd ay sonra səkkiz nəfəri qətldə 7 illə 20 il arasında həbs cəzasına məhkum edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2oj0vn

Ən çox baxılan