Enis Berberoğlu, Leyla Güven və Musa Farisogullari,

Mənbə: Foto: Hurriyet.com.tr

Başlıq: Enis Berberoğlu, Leyla Güven və Musa Farisogullari,

Türkiyə parlamenti üç müxalif deputatı statusundan məhrum edib

Məqalə yeniləndi:  4 İyun 2020

Kemal Kılıçdaroğlu: “Bu, milli iradəni əks etdirmir”

Türkiyə parlamenti cümə axşamı günü kürd tərəfdarı olan iki millət vəkilinin və ana müxalifət partiyasından olan bir millət vəkilinin statusunu ləğv edib, - yerli medialar xəbər verir.

“Reuters”in məlumatına görə, qərar onlar barəsində ittihamlar sonlanandan sonra baş verib. Parlamentin qərarı partiyaların etirazına səbəb olub.

Statuslarından məhrum olan deputatlar Kürd Xalqları Demokratik Partiyasından (HDP) Leyla Güven və Musa Farisogullari və Respublika Xalq Partiyasından (CHP) Enis Berberoğlu olub.

Qərar apelyasıya məhkəməsinin qərarından sonra parlamentdə elan edilib.

Berberoğlu hökumət sirlərini açmaqda və Güven və Farisogullari isə terror təşkilatına üzv olmaqda ittiham edilirdi.

“Bu, milli iradəni əks etdirmir. Biz ədalət, hüquq və qanuna nail olmaq üçün demokratik mübarizəni davam etdirəcəyik”,- CHP lideri Kemal Kılıçdaroğlu “Twitter” hesabında yazıb.

HDP millət vəkili Saruhan Oluc parlamentdəki çıxışında “Bu, seçicilərin və kürd xalqının istəklərini tapdalamaq və oğurlamaqdır”,- deyib.

Hökumət dəfələrlə HDP-ni 1984-cü ildən bəri əsasən kürdlərin məskunlaşdığı Türkiyənin cənub-şərqində dövlətə qarşı savaşan Kürdüstan İşçi Partiyası (PKK) ilə əlaqədə ittiham edib. PKK Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terrorist təşkilat olaraq tanınır.

HDP belə bir bağı rədd edir.

Prezident Rəcəb Tayyib Ərdoğanın AK Partiyası Türkiyə parlamentində 600 yerdən 291-ə sahibdir, CHP isə hazırda 138-ə yerə, HDP isə ikinci ən böyük müxalifət partiyası olaraq 58 yerə sahibdir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  4 İyun 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lm8onq

Ən çox baxılan