Mənbə: google

Türkiyə parlamenti “Netflix”i qadağan edib

Parlament rəhbərliyi tərəfindən şikayətlərlə bağlı araşdırma başladılıb

Türkiyə parlamenti Prezident Rəcəb Tayyib Ərdoğanın ölkədə sosial media platformalarının fəaliyyətini məhdudlaşdırmaq niyyətini dilə gətirməsindən bir gün sonra “Netlix”-i qadağan edib, - “Diken” xəbər verir.

Parlamentin deputatları cümə axşamı günü film platformasına daxil ola bilmədiklərini deyiblər.

Parlamentin admnistrasiyası 2019-cu ildən bəri film və TV saytlarına daxil olmaq üçün müxtəlif məhdudiyyətlər tətbiq etdiklərini və son məhdudiyyətlərin sosial mediaya nəzarət mövzusunda başlamış müzakirələrlə bağlı olmadığını deyib.

Ərdoğanın çərşənbə günü hökumətin sosial media platformalarına nəzarət üçün tənzimləmə tətbiq edəcəyini açıqlamışdı. Ərdoğan bu addımın ailəsinin onlayn platformalarda təhqir edilməsindən sonra vacibliyini vurğulamışdı.

Parlament rəhbərliyi tərəfindən şikayətlərlə bağlı araşdırma başladılıb, - “Diken” bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u3w5ng

Ən çox baxılan