Kayleigh McEnany

Mənbə: https://www.rollingstone.com/

Başlıq: Kayleigh McEnany

Trampın sözcüsü “erməni soyqırımı”nı xatırladıb

Halbuki administrasiya hadisəni soyqırım kimi tanımır

Bazar ertəsi mətbuat konfransında Ağ Evin mətbuat katibi Kayleigh McEnany “erməni soyqırımı”na ABŞ hökumətinin rəsmi mövqeyinə qarşı olan bir tərzdə istinad edib, - “Business İnsider” xəbər verir.

ABŞ rəsmi olaraq ermənilərin 1915-ci ildə öldürülməsini tanımır. Lakin konqresin hər iki palatası 2019-cu ilin payızında baş verən hadisələri soyqırım kimi tanımış, “erməni soyqırımı” ilə bağlı qətnamələr qəbul etmişdi.

McEnany irqçilik və polis vəhşiliyinə qarşı ümumxalq etirazları zamanı son vaxtlar vandalizə edilmiş abidələr haqda danışarkən “Erməni Soyqırımı Memorialı” na da istinad edib.

“İnsanlıq əleyhinə olan cinayətləri, o cümlədən köləliyin qurbanlarını xatırladan Erməni Soyqırımı Memorialının vandalizə edilməsi tarixi biliyin çatışmazlığından xəbər verir,” - McEnany deyib. Baxmayaraq ki, McEnanynin təmsil etdiyi hakimiyyət 1915-ci il hadisələrini soyqırım olaraq tanımır.

Ağ Ev “Business Insider”-in Tramp administrasiyasının I Dünya Müharibəsini ermənilərin soyqırımı kimi tanıyıb tanımaması ilə bağlı suallarını cavabsız qoyub.

Türkiyənin Vaşinqtondakı səfirliyi də məsələ ilə bağlı səssizliyini qoruyub.

Lakin Amerikanın Erməni Məclisinin rəhbəri Bryan Ardouny bəyanat verərək administrasiyanın Denverdə vandalizmə edilmiş “erməni soyqırımı” abidəsini vurğulamasını təqdir edib.

1915-ci ildə Osmanlı hökuməti tərəfindən ermənilərin kütləvi qətlini bəzi dövlətlər soyqırım kimi tanıyır və hər il 24 aprel dünyada qeyd olunur. Lakin Türkiyə hökuməti bunu I Dünya Müharibəsi vəhşiliyi adlandıraraq ermənilərin kütləvi qətlini rədd edir.

Sayt yazır ki, NATO müttəfiqi olan Türkiyəni qəzəbləndirməmək üçün ABŞ hökuməti də hadisəni “kütləvi vəhşilik” adlandıraraq “soyqırım” deməkdən çəkinib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/igruzw

Ən çox baxılan