Trampa qarşı impiçment səsverməsi keçirilə bilər

Trampın Senatdakı respublikaçılar tərəfindən bəraət alması gözlənilir.

Source: Foto: arxiv


Hər iki maddənin pozulması Trampa qarşı qaldırılmış rəsmi ittihamlardır

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bəyan edib ki, qanunverici palata dekabrın 18-də impiçmenti müzakirə etmək və səsə qoymaq üçün toplanacaq. RFE/RL xəbər verir ki, prezident Donald Tramp onu "çevriliş" cəhdində ittiham edib və deyib ki, o, bununla Amerikanın demokratiyasını devirir.

Dekabrın 17-də yayımlanan altı səhifəlik məktubda Tramp Pelosiyə deyib ki, "tarix sizi sərt mühakimə edəcək".

Məktub Nümayəndələr Palatasının qanun layihələrinə nəzarət edən Komitəsi altı saat davam edən müzakirəni təmin edən qanunvericiliyi təsdiqlədiyi üçün ictimailəşib. Bundan öncə Trampa qarşı irəli sürülən impiçmentlə bağlı iki maddə səsə qoyulub. Hər iki maddənin pozulması Trampa qarşı qaldırılmış rəsmi ittihamlardır.

Pelosi məktubunda qeyd edib ki, impiçment "Konstitusiya tərəfindən bizə verilən ən böyük səlahiyyətlərdən biridir" və bütün qanunverici orqanın demokratik üzvlərini müzakirədə iştirak etməyə çağırıb.

Tramp hazırda vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir. Bundan əlavə, o, Ukraynanı Trampın siyasi rəqiblərinə qarşı təhqiqat aparmağa sövq edən Konqresə mane olmaqda ittiham edilir. Tramp həmçinin Kiyevə 391 milyon dollarlıq hərbi yardım göndərilməsini təxirə salmaqda təqsirli bilinir.

Trampın üzləşəcəyi ittihamlara gəlincə, Pelosi deyib: "Çox təəssüf ki, faktlar, prezidentin öz şəxsi, siyasi mənafeyi naminə səlahiyyətlərindən sui-istifadə etdiyini göstərir və o, Konqresə maneə törədərək Konstitusiya və Amerika xalqından üstün olduğunu bildirib".

Buna cavab olaraq Tramp məhkəmə işinin "qanunsuz, partizan çevrilişindən başqa bir şey olmadığını" deyib.

Respublikaçı Tramp gələn il keçiriləcək prezident seçkilərində yenidən seçilmək üçün çalışır.

O, həmçinin Pelosiyə bildirib:

"Etibarsız impiçmentinizə əlavə olaraq siz vəzifənizlə bağlı andınızı və Konstitusiyaya etimadınızı pozursunuz və bununla siz Amerika demokratiyasına açıq müharibə elan edirsiniz".

Senatın çoxluq lideri Miç Mekkonel (Mitch McConnell) dekabrın 17-də yuxarı palatada keçirilmiş məhkəmə prosesində dörd şahidin çağırılması barədə demokratların təklifini rədd edib.

Demokratlar keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton (John Bolton), Ağ Evin qərargah rəisi vəzifəsini icra edən Mik Mulveyni (Mick Mulvaney), köməkçisi Robert Bler (Robert Blair) və büdcə rəsmisi Maykl Duffeydən (Michael Duffey) ifadə tələb edib.

McConnell demokratlar tərəfindən şahidlərin tələb edilməsini rədd edərək, bunu qəribə istək adlandırıb.

Senatdakı ən yüksək demokrat senator sayılan Çak Şumer (Chuck Schumer) mühakimə zamanı millət vəkillərinin Trampın Ukrayna ilə münasibətləri idarə etməsi haqqında "biliklərə" sahib şahidlərin ifadələrinə qulaq vermələri lazım olduğunu deyib.

Trampın Senatdakı respublikaçılar tərəfindən bəraət alması gözlənilir.

Ana səhifəDünyaTrampa qarşı impiçment səsverməsi keçirilə bilər