Tramp seçkilərin təxirə salınmasını istəyib

Hazırda ölkədə təxminən 50 ştat poçt vasitəsilə səsverməyə icazə verir.

Source: Reuters


“İnsanlar düzgün və etibarlı səs verənədək seçkini təxirə salın”

ABŞ Prezidenti Donald Tramp seçkilərin noyabrın 3-nə təxirə salınmasını istəyib, – BBC xəbər verir.

Donald Tramp öz “Twitter” hesabında yazıb ki, hazırkı şərtlərdə səsvermənin keçirilməsi ilə 2020 seçkiləri ABŞ tarixində ən səhv və saxta seçkilər olacaq.

Bunun ABŞ üçün çox böyük utanc olacağını bildirən Tramp deyib:

“İnsanlar düzgün və etibarlı səs verənədək seçkini təxirə salın”.

ABŞ-ın bir çox ştatı koronavirusun yayılması səbəbilə poçtla səsvermə edərək seçkiləri asanlaşdırmaq istəyir.

Bu ayın əvvəlində altı ştat (Kaliforniya, Utah, Havay, Kolorado, Oregon və Vaşinqton) səslərin poçtla veriləcəyini planlaşdırdıqlarını açıqlayıb.

Hazırda ölkədə təxminən 50 ştat poçt vasitəsilə səsverməyə icazə verir.

Tramp uzun müddətdir ki, seçkilərdə poçtla səs verməyə qarşıdır və bunun hiylə ehtimalını artıracağını söyləyir. Ancaq o, bu iddianı sübut edə bilməyib.

ABŞ-da həm prezident, həm də konqres seçkiləri 3 noyabrda keçiriləcək.

ABŞ-da seçkilər ancaq konqresin qərarıyla təxirə salınır. Konqresdə çoxluq Senatda respublikaçılardadır. Nümayəndələr Palatasında isə demokratlar çoxluq təşkil edir. Bu səbəbdən Trampın tələbinə baxmayaraq, ABŞ-da seçkilərin gecikdirilməsi mümkün görünmür, – BBC deyib.

Ana səhifəDünyaTramp seçkilərin təxirə salınmasını istəyib