Tramp: Keçmiş səfir Yovanoviç mənim şəklimi səfirlikdə asmayıb

“O, səfirlikdə məsul şəxs olub, bu, ilyarım, haradasa iki il çəkib”.

Source: Foto: arxiv


Prezident hadisənin detallarını açıqlamaqdan çəkinib

Prezident Donald Tramp ABŞ-ın öncəki səfiri Mari Yovanoviçi (Marie Yovanovitch) ictimaiyyət qarşısında tənqid edib və deyib ki, Yovanoviç ABŞ-ın Ukraynadakı səfirliyində onun rəsmini asmayıb, – BBC xəbər verir.

Tramp “FOX News”-un səhər proqramında “Yovanoviç mənim şəklimi Kiyevdəki səfirlikdə asmayıb”, deyib.

Prezident hadisənin detallarını açıqlamaqdan çəkinib.

Yovanoviç keçən həftə impiçment sorğusu zamanı qeyd etmişdi ki, o, saxta iddialar üzərinə işindən qovulub.

Yovanoviç iki həftədir keçirilən, prezident tərəfindən hakimiyyətin sui-istifadəsini araşdıran impiçment sorğusunda iştirak edən 12 şahiddən biridir.

“Fox və dostları” verilişinə telefon zəngi edən Prezident Tramp Yovanoviçə “qadın” olaraq xitab edib və deyib ki, o, Yovanoviç haqqında pis şeylər eşidib.

“Hamının haqqında gözəl şeylər danışdığı bu səfir səfirlikdə mənim rəsmimi asmazmış”,- Tramp deyib.

“O, səfirlikdə məsul şəxs olub, bu, ilyarım, haradasa iki il çəkib”.

Prezident əlavə edib ki, onun şəxsi hüquqşünası Rudi Qiuliani (Rudy Giuliani) onun haqqında “yaxşı şeylər danışmayıb”.

Qiuliani dəfələrlə impiçment dinləmələrində çıxış edib və şahidlər deyir ki, o, ABŞ-Ukrayna əlaqələrini mövcud siyasi qaydalara uyğun olmayan şəkildə təqdim edib.

“O, mənim haqqımda pis danışıb. O, məni müdafiə etməyib və mənim səfiri dəyişmək hüququm var”,- Tramp əlavə edib.

“Standard odur ki, sən ABŞ prezidentinin rəsmini səfirliyə qoyursan",- o əlavə edib: “Bu qadın mələk olmayıb, aydındırmı?”

Prezidentin Yovanoviçə hücumu ilk dəfə deyil. Respublikaçı prezident keçən cümə, keçmiş səfir şahid qismində çıxış edərkən "Twitter” hesabında onu tənqid etmişdi. Demokratlar prezidentin bu addımını şahidin qorxudulması olaraq xarakterizə etmişdilər.

Diplomat Yovanoviç mayda Kiyevdən geri çağırılıb. Hadisədən iki ay sonra Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin telefon danışığı apardığı qeyd edilir. Bu hadisə konqresin başlatdığı sorğunun əsasını təşkil edir və doğru olduğu təqdirdə ABŞ prezidenti vəzifəsindən göndərilə bilər.

İyul zənginin transkriptindən məlum olur ki, Tramp Zelenskini Demokrat Ağ Ev namizədi Jo Baydenə qarşı əsassız iddiaları və 2016-cı ildəki seçki müdaxiləsi iddialarını araşdırmağa çağırıb.

Prezident cümə günü televiziya müsahibəsində ABŞ-ın 2016-cı il prezident seçkilərinə Rusiyanın deyil, Ukraynanın qarışdığına dair konspiroloji nəzəriyyənin müzakirəsinə də toxunub.

Bu iddialar cümə axşamı çıxış edən impiçment şahidi, Ağ Evin keçmiş kəşfiyyat rəsmisi və Rusiya üzrə ekspert Fiona Hill tərəfindən qeyd edilmişdi.

Tramp “Fox və dostları”na “dərin dövlət” haqda bəhs edib və dəfələrlə iddia edib ki, Ukrayna onun 2016-cı il seçkisində yenilməsini istəyib.

“Unutmayın ki, Ukrayna mənə nifrət edir. Onlar seçkidə məni izləyirdilər və Hillari Klintonun qalib gəlməsini istəyirdilər”,- prezident deyib: “Mən qalib gələndə birdən-birə hər şey dəyişdi”.

Cümə axşamı Hill Ukrayna rəsmilərinin Trampa hörmətsizlik etdiklərini deyib. Çünkü onlar Hillari Klintonun qalib gələcəyini gözləyirdilər.

O, seçilmiş rəsmilərə Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməsi ilə bağlı iddialara kölgə salan siyasiyönümlü yalanları təbliğ etməmələri barədə xəbərdarlıq edib.

Cümə günü verdiyi müsahibədə Tramp Qiulianinin Ukraynaya göndərilməsi qərarını da müdafiə edib.

Ana səhifəDünyaTramp: Keçmiş səfir Yovanoviç mənim şəklimi səfirlikdə asmayıb