Donald Tramp

Mənbə: Foto: arxiv

Başlıq: Donald Tramp

Tramp: Əl-Qaidanın Yəmən lideri ABŞ əməliyyatında öldürülüb

“Bizə zərər vermək istəyən terrorçuları aradan qaldırmaqla Amerika xalqını qorumağa davam edəcəyik”

Əl-Qaidanın Ərəb Yarımadasındakı (AQAP) lideri Qassim əl-Rimi Yəməndə keçirilmiş əməliyyat zamanı öldürülüb, - ABŞ Prezidenti Donald Tramp cümə axşamı bəyan edib.

“Al Jazeera” xəbər verir ki, əl-Rimi keçən il Floridada yerləşən ABŞ dəniz hava bazasına edilmiş ölümcül hücuma görə məsuliyyəti öz üzərinə alıb. Hücum zamanı Səudiyyə aviasiya kursantı üç ABŞ dənizçisini öldürmüşdü. Əl-Rimi hücumçu Mohammed Alshamranini “cəsarətli cəngavər” və “qəhrəman” adlandırmışdı. Alshamrani dərs otağının içində atəş açaraq səkkiz nəfərin də yaralanmasına səbəb olmuşdu. O, otaqda olan digər hərbçinin atəş açmasıyla öldürülüb.

Hücum xarici tələbələrin ABŞ hərbi təlim proqramlarına cəlb edilməsinə ictimai diqqəti artırmış, kursantların seçilməsi zamanı mövcud olan çatışmazlıqları üzə çıxarmışdı. Yanvar ayında ABŞ 21 səudi hərbi kursantı “anti-Amerika duyğularına” sahib olmaları iddiasıyla öz ölkələrinə göndərib.

AQAP uzun müddət ABŞ-a hücum etməkdə əl-Qaidanın ən təhlükəli tərəfdaşı hesab olunur. Tramp deyib ki, əl-Riminin ölümü nəticəsində ABŞ və onun müttəfiqləri artıq təhlükəsizdir.

“Bizə zərər vermək istəyən terrorçuları aradan qaldırmaqla Amerika xalqını qorumağa davam edəcəyik”,- Tramp cümə axşamı günü deyib.

Tramp əl-Riminin öldürüldüyünü təsdiqləsə də, o, ABŞ əməliyyatının nə vaxt aparıldığı və ya bunun necə həyata keçirildiyi ilə bağlı hər hansı bir detal paylaşmayıb. Əl-Qaida onun ölümünü təsdiqləməyib.

Qassim əl-Rimi

Qassim əl-Rimi

Mənbə: Foto: google.ru

“Al Jazeera”-nin müxbiri Əndi Qalaçer (Andy Gallacher) Vaşinqton DC-dən xəbər verərək deyib ki, 41 yaşlı əl-Riminin ölümünə səbəb olan hücum ötən ay baş verib.

“CIA və Amerika kəşfiyyatçıları əvvəlki hücumlardan sonra ehtiyatli olmağa çalışıblar”,- o deyib.

“Əl-Rimi ABŞ hakimiyyəti üçün əhəmiyyətli hədəfdir. O, 11 sentyabr kimi hücumlar haqda əvvəlcədən xəbərdar olan azsaylı liderlərdən biridir”,- Qalaçer deyib.

“ABŞ səfirini devirməyə cəhd etdiyi üçün beş il həbs yatan əl-Rimi Yəmənə qayıtmadan öncə Əfqanıstandakı düşərgələrdə təlim görüb. 2006-cı ildə həbsdən çıxan əl-Rimi ABŞ səfirliyinə edilən hücumun arxasında olub”.

Yanvarın sonlarında ABŞ-ın pilotsuz jet hücumunda Yəmənin şərqində yerləşən əl-Qaida döyüşçülərinin binası dağıdılıb.

Bununla yanaşı 1 fevralda Tramp əl-Rimin öldürüldüyünü təsdiqləyən bir neçə tvit və xəbəri yenidən öz hesabında paylaşıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/77j8w0

Ən çox baxılan