D.Tramp

Mənbə: Foto: Reuters

Başlıq: D.Tramp

Tramp Çinlə əlaqələrini kəsə biləcəyini deyib

ABŞ Prezidenti çinli həmkarı ilə danışmaq istəmədiyini bildirib

ABŞ prezidenti Donald Tramp koronavirusun yayılması ilə əlaqədar Çin ilə münasibətlərinin daha da pisləşməsinə işarə edərək deyib ki, Prezident Si Tszinpinlə danışmaq istəmir və hətta dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə əlaqələrini kəsə biləcəyini düşünür, - “Reuters” xəbər verir.

Cümə axşamı yayımlanan “Fox Business Network”-a verdiyi müsahibədə Tramp deyib ki, o, Çinin xəstəliyin yayılmasının qarşısını ala bilməməsindən çox məyusluq duyur. O, pandemiyanın Pekin ilə önəmli ticarət razılaşmalarına kölgə olduğunu deyib.

“Onlar bunların olmasına imkan verməməli idilər”,- Tramp deyib: “Beləliklə, mən böyük bir ticarət sövdələşməsi edirəm və indi deyirəm ki, bu, mənim üçün əvvəlki kimi deyil. Mürəkkəb onsuz da quru idi və vəba üstünə gəldi. Və mənim üçün bu eyni məsələ deyil artıq”.

ABŞ Prezidenti dəfələrlə deyib ki, onun Çin Prezidenti ilə münasibətləri yaxşı olub.

“Ancaq mən indi onunla danışmaq istəmirəm”,- Tramp çərşənbə günü müsahibəsində deyib.

Respublikaçı senatorun ABŞ-da kvant hesablama və süni intellekt kimi milli təhlükəsizlik ilə əlaqəli sahələrdə təhsil almağa müraciət edən çinli tələbələrə viza verilməməsi ilə bağlı təklifi barədə verilən suala Tramp belə cavab verib: “Görə biləcəyimiz çox şey var. Biz bütün münasibətləri kəsə bilərik”.

“İndi belə etsək, nə olacaq? Siz 500 milyard dollar qənaət edəcəksiniz”,- Tramp ABŞ-ın Çindən etdiyi illik idxalına istinad edərək deyib.

Çin Xarici İşlər Nazirliyinin sözcüsü Zhao Lijian cümə günü Pekində jurnalistlərə deyib ki, davamlı ikitərəfli əlaqələrin qorunması hər iki xalqın mənafeyinə xidmət edir və dünya sülhü və sabitliyi üçün faydalıdır.

“Həm Çin, həm də ABŞ indi virusa qarşı birgə mübarizə aparmaq, xəstələri müalicə etmək və iqtisadiyyatı bərpa etmək üçün daha çox əməkdaşlıq etməlidir. Bu, ABŞ-ın bizimlə əməkdaşlıq etməsini tələb edir”, Lijian deyib.

Trampın açıqlamaları Çinin nüfuzlu “Global Times” tabloid qəzetinin baş redaktoru Hu Xijinin istehzasına səbəb olub. O, Prezidentin keçən ay tənqidlərə səbəb olmuş fikirlərini koronavirusun səbəb olduğu xəstəlik deyə adlandırıb.

“Bu prezident bir dəfə COVID-19 xəstələrinə dezinfeksiyaedici maddələr injektə etməyi təklif edib”,- Hu “Twitter” hesabında qeyd edib: “Bunu xatırla və o, Çin ilə bütün əlaqələrini kəsə biləcəyini söyləyəndə təəccüblənməyəcəksən”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fxkhi3

Ən çox baxılan