Tramp: Çin mənim yenidən seçilməyimə mane olmağa çalışır

“Mən çox şey edə bilərəm”,- o deyib.

Source: Foto: google.az


“Çin bu yarışda məğlub olmağım üçün əlindən gələni edəcək”

Prezident Donald Tramp çərşənbə günü deyib ki, Çinin koronavirusla mübarizə üsulu onun noyabr ayında təkrar seçilməsinə mane olmağa yönəlib. “Reuters”in məlumatına görə, Tramp “Çin bunun üçün əlindən gələni edəcək”, deyib.

Oval Ofisində “Reuters”-ə verdiyi müsahibədə Tramp Çinlə bağlı sərt danışıb və deyib ki, nəticələrlə bağlı fərqli seçimləri dəyərləndirir. “Mən çox şey edə bilərəm”,- o deyib.

Tramp bir müddətdir ki, ABŞ-da ən azı 60,000 insanın ölümünə səbəb olan və ABŞ iqtisadiyyatını dərin tənəzzülə uğradan koronavirus pandemiyasına görə Çini günahlandırır və bununla daha dörd illik müddətə seçilmə ümidlərini təhlükəyə atır.

ABŞ-ı virusun yayılmasına hazırlamaq üçün vaxtından əvvəl hərəkətə keçməməkdə günahlandırılan respublikaçı prezident deyib ki, o Çinin tez bir zamanda dünyanı koronavirus haqqında məlumatlandıracağına inanır.

“Çin bu yarışda məğlub olmağım üçün əlindən gələni edəcək”,- Tramp deyib. O, həmçinin bildirib ki, Pekin onun demokrat rəqibi Co Baydenin seçilməsini istəyir və bununla Trampın Çinə etdiyi təzyiqləri yüngülləşdirməyə çalışır.

“Onlar daim ictimai münasibətlərdən istifadə edərək özlərinin günahsız tərəf olduğunu sübut etməyə çalışırlar”,- Tramp Çin rəsmilərinə istinad edərək bildirib.

Çinin dövlət başçısı Xi Jinping isə Çin və ABŞ arasında ticarət kəsirlərini azaltmaq məqsədi ilə bağladığı ticarət sövdələşməsinin virusa görə zərər gördüyünü deyib.

Adının açıqlanmasını istəməyən Tramp administrasiyasının yüksək vəzifəli rəsmisi çərşənbə günü deyib ki, Tramp və Xi arasında söz savaşında qərara gəlinmiş “barışıq” sona çatıb.

İki lider ölkənin hökumətləri koronavirusla mübarizədə əməkdaşlıq etmək üçün əllərindən gələni edəcəklərinə söz vermişdilər. Son günlərdə Vaşinqton və Pekin virusun mənbəyi ilə bağlı bir-birinin ünvanına sərt çıxışlar edib.

Ana səhifəDünyaTramp: Çin mənim yenidən seçilməyimə mane olmağa çalışır