İbrahimhacılı kəndində aksiya

Mənbə: Foto: Meydan TV

Başlıq: İbrahimhacılı kəndində aksiya

Tovuzda su aksiyası qarşıdurmaya səbəb olub

Məqalə yeniləndi:  17 İyun 2020

Qənirə Paşayeva: “10 gün əvvəl Baş nazirə müraciət etdim ki...”

Tovuz rayonunun İbrahimhacılı kəndinin sakinləri günlərdir onlara su verilməməsinə etiraz edərək magistral yolu bağlayıblar.

Sakinlər artezianların satıldığını, içməli suyun olmadığını bildiriblər. Bu zaman polislər sakinlər arasında qarşıdurma olub.

Meydan TV-yə aksiya barədə məlumat verən yerli sakinlər saxlanılanların və fiziki təzyiq nəticəsində yaralıların olduğunu deyiblər.

Milli Məclisdə 105 saylı Tovuz Seçki Dairəsini təmsil edən Qənirə Paşayeva Meydan TV-nin İbrahimhacılı kəndində su problemi ilə bağlı keçirilən aksiya barədə sorğusuna cavab verib.

Qənirə Paşayeva məsələdən məlumatlı olduğunu və bir neçə gündür olayla bağlı müvafiq dövlət qurumları ilə müzakirələr apardığını deyib.

Qənirə Paşayeva bildirib ki, İbrahimhacılı kəndinə gələn su xətləri bir neçə kəndin ərazisindən keçir:

“Beləliklə, həmin kəndlərin sakinləri sudan daha çox istifadə etdikləri üçün İbrahimhacılı kəndinə gələn su azalır. İbrahimhacılı hazırda iki yerdən su götürür, əsas hissəsi 450 ailəli Aşağıquşçu kəndindən. Əsas problem ikinci xətt olan 250 ailənin yaşadığı Köhnəqala, Məşədilər kəndindəndir. İndi birbaşa su anbarından İbrahimhacılı kəndinə xıtt çəkiləcək. Bununla bağlı “Azərsu” layihə qrupu göndərib”.

Qənirə Paşayeva

Qənirə Paşayeva

Mənbə: Foto: google.az

Deputatın artezian quyularının satılması barədə deyilənlərə münasibəti belə olub:

“Dövlət tərəfindən Tovuz rayonuna artezian quyularının qazılması ilə bağlı hazırlanan 5 illik proqrama İbrahimhacılı kəndinin də adı salınıb. Hələ artezian quyusu qazılmayıb. Biz bununla bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-na müraciət etmişik. Ümumiyyətlə, Tovuz rayonunun aşağı kəndləri deyilən kəndilərində su qıtlığı yeni məsələ deyil. Həmin kəndlər Əyyublu, Düzqırıqlı, Dönükqırıqlı, İbrahimhacılı, Qovlardır. Bu kəndlər suvar suyunu Zəyəm çayından alır, amma bu çayda suyun səviyyəsi azaldığından 10 gün əvvəl Milli Məclisdə Baş nazirə müraciət etdim ki, bizim üçün iki layihə var, onlardan biri Zəyəm çayı üzərində su anbarının inşasıdır. Anbar tikilərsə, Tovuz və Şəmkirin çay ətrafındakı kəndlərinin su problemini ciddi şəkildə aradan qaldıra bilər. İkinci layihə Kür çayından dördmərhələli nasoslarla Qovlar şəhərinə qədər suyun vurulmasıdır. Məsələ ondadır artezianlar da həmişə effektli olmadığından bu iki layihənin gerçəkləşməsi vacibdir. Baş nazirdən cavab gəldi, məsələyə baxılır. Amma buna qədər İbrahimhacılı kəndinin su problem həll olunmalıdır, orda bir şəhid atasının evinə ayrıca xətt artıq çəkilib. Yaxın 2-3 gündə layihə qrupu işini tamamlayıb 15 gün ərzində ayrıca xətti çəkəcəklər”.

Yerli polisin sakinlərə qarşı şiddətinə gəlincə, Qənirə Paşayeva deyib ki, o, kənddəki problemi anlayır və hər gün sakinlər danışır:

“Onlar mənim Milli Məclisdə Baş nazirə müraciətimdən də xəbərdardılar. İnanıram ki, yaxın zamanlarda problem həll olunacaq və bu kimi hallar bir daha təkrarlanmayacaq”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  17 İyun 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/219ihn

Ən çox baxılan