Tom Kruz mükafatlarını geri qaytarıb

Aktyor hesab edir ki, münsiflər heyəti üzvləri arasında irqi müxtəliflik yoxdur

Source: Reuters


Aktyor hesab edir ki, münsiflər heyəti üzvləri arasında irqi müxtəliflik yoxdur

Amerikalı aktyor Tom Kruz “Born on the Fourth of July”, “Jerry Maguire” və “Magnolia” filmlərinə görə qazandığı “Qızıl Qlobus” (“Golden Globe”) mükafatlarını geri qaytarıb.

Aktyor imtina səbəbi kimi münsiflər heyəti üzvləri arasında irqi müxtəlifliyin olmamasını göstərib.

O, mükafatlarını Hollivudun nəzdində bu mükafatın qaliblərinin müəyyənləşdirilməsində məsul olan Xarici Jurnalistlər Cəmiyyətinə təqdim edib.

“Qızıl Qlobus”, “Oskar”dan sonra ikinci ən nüfuzlu Amerika film mükafatıdır. 1943-cü ilin oktyabrında təsis edilib. İlk mükafatlandırma mərasimi 1944-cü ilin yanvarında olub.

Ana səhifəMədəniyyətTom Kruz mükafatlarını geri qaytarıb