Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu

Mənbə: Meydan.TV

Başlıq: Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu

Tofiq Yaqublunun həbs müddəti bitdi

Məqalə yeniləndi:  18 Noyabr 2019

Nigar Həzi: “Tezliklə onu həkimə aparacağıq və vəziyyəti ilə bağlı açıqlama verəcəyik”

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həbs müddəti bitdiyi üçün azadlığa buraxılıb.

Bu barədə Meydan TV-yə qızı Nigar Həzi məlumat verib. O, atasının az öncə həbsdən çıxıb, evə gəldiyini söyləyib. Daha öncə atasına həbsxanada işgəncə verildiyini bildirən Nigar Həzi onun vizual olaraq yaxşı göründüyünü deyib:

“Belə üzünə baxmaqla həmin işgəncənin hansı fəsadlara səbəb olduğunu demək çətindir. Ancaq həkimə gedəndən sonra bilinəcək səhhətində hansı problemlərin olduğu. Tezliklə onu həkimə aparacağıq və vəziyyəti ilə bağlı açıqlama verəcəyik”.

Tofiq Yaqublu oktyabrın 19-da Milli Şuranın mitinqində həbs edilmişdi. Ona 30 sutka inzibati həbs cəzası verilmişdi. Tofiq Yaqublu 30 günü Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında saxlanıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  18 Noyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ua5yhl

Ən çox baxılan