Teymur Rəcəbov “Airthings Masters” turnirinin qalibi oldu

Nəhayət, 33 yaşlı qrossmeyster 3-cü dueldə Aronyan üzərində qələbə qazanaraq, turnirin qalibi olub.

Source: Specify Source


Azərbaycanlı qrossmeyster Ermənistan təmsilçisini məğlub edib

Yanvarın 3-də “Champions Chess Tour” çərçivəsində keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin qalibi bəlli olub. Beləliklə onlayn blits şahmat üzrə turnirin final görüşlərinə yekun vurulub.

Final mərhələsinin ikinci matçında azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Ermənistan şahmatçısı Levon Aronyana qalib gəlib.

Birinci matçda Teymur Rəcəbov rəqibini 2,5:1,5 hesabla məğlub edib. İkinci partiyada oyun heç-heçə yekunlaşıb. Nəhayət, 33 yaşlı qrossmeyster 3-cü dueldə Aronyan üzərində qələbə qazanaraq, turnirin qalibi olub. O, 60 000 ABŞ dolları məbləğində mükafat qazanıb.

Teymur Rəcəbov Airthings Masters" turnirinin dörddəbir finalında Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. 12 şahmatçının mübarizə apardığı oyunda dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib.

Ana səhifəSosialTeymur Rəcəbov “Airthings Masters” turnirinin qalibi oldu