Tərtərdə sakinləri: İlham Əliyevin sərəncamına məhəl qoyulmur

Tərtərdə sakinləri: İlham Əliyevin sərəncamına məhəl qoyulmur

İkinci Qarabağ Müharibəsi zamanı evləri ziyan görmüş Tərtər rayonu, Əskipara kəndinin bir qrup sakini etiraz edir.

Kənd camaatı iddia edir ki, aidiyyəti qurum və şəxslər vəzifə səlahiyytlərindən sui-istifadə edərək, Prezident İlham Əliyevin 2020-ci il noyabrın 6-da imzaladığı sərəncama məhəl qoymur. İlham Əliyev Azərbaycanla Ermənistan arasında baş vermiş hərbi münaqişə zəminində mülki əhaliyə dəyən ziyanın ödənilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində maddi yardım ödənilməlidir.

Dövlət Komissiyasının Tərtər rayonu üzrə İşçi Qrupunun rəhbəri Qubad Heydərov Meydan TV-yə bildirib ki, şikayət edən vətəndaşların evlərinə təkrar baxış keçiriləcək:

“Komissiya üzvləri yalnız tikintiyə görə rəy verir. Bizim kimə nə qədər pul vermək səlahiyyətimiz yoxdur. Evlər təmirə ehtiyacı olanlar, bərpaya ehtiyacı olanlar və qəzalı olan evlər kateqoriyasına bölünür. Komissiyanın, mütəxəssislərin rəyinə etiraz varsa, təkrar araşdırılacaq”.

İcra hakimiyyətinin Əskipara kənd İnzibati Ərazi Dairə üzrə nümayəndəsi Pərviz Mustafayev Meydan TV-yə bildirib ki, zərəçəkən vətəndaşların evlərinə baxışı Dövlət Komissiyası aparır, inzibati ərazi dairəsi, yaxud rayonun icra hakimiyyəti bu işə qarışmır:

“Biz evləri göstərmişik, komissiya üzvləri də aktlaşdırıb. Kimin evi qəzalıdır, kiminki bərpaya yazılıbsa, bunları komissiya bilir. Dünən şikayət əsasında icra başçısı Müstəqim Məmmədovla Qubad Heydərov evlərdə oldu. Şikayətçilərlə görüşdü, ziyan görməyib, artıq pul yazıldığı deyilən evlərə də baxış keçirildi. Onu da deyim ki, evlərə əşya pulu hələ gəlməyib. Bütün vətəndaşların evlərinin bərpası təmin olunacaq. Rəyi komissiya verir, kimi ləğv edib, kimin kompensasiyasını artırmaq onların işidir”.

Ana səhifəVideoTərtərdə sakinləri: İlham Əliyevin sərəncamına məhəl qoyulmur