Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu

Mənbə: meydan tv

Başlıq: Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu

Tərtərdə qumbara partlaşıyı intihar hadisəsi kimi qiymətləndirilib

Məqalə yeniləndi:  30 Avqust 2019

“Kənd sakini sərxoş vəziyyətdə özünü öldürüb”

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayaraq Tərtər rayonunda əl qumbarasının partlaması nəticəsində bir nəfərin ölümü və daha bir nəfərin yaralanmasını intihar hadisəsi kimi qiymətləndiriblər.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, rayonun sakini 1994-cü il təvəllüdlü Elmir Hüseynli yaşadığı evin həyətində sərxoş vəziyyətdə naməlum mənbədən əldə etdiyi əl qumbarasını partlatması nəticəsində aldığı xəsarətlər səbəbindən vəfat edib.

“İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb. İlkin istintaqla müəyyən edilib ki, E.Hüseynli Tərtər rayonu ərazisində keçirilmiş toy məclisindən sərxoş vəziyyətdə evə qayıtdıqdan sonra istintaqa məlum olmayan mənbədən əldə etdiyi əl qumbarası ilə özünü partladacağını bildirib. Səs-küyə həyətə gələn qonşusu 1967-ci il təvəllüdlü Fikrət Abbasov onu özünü öldürməkdən çəkindirmək üçün yaxınlaşarkən E.Hüseynli əl qumbarasını partlatmış, hadisə nəticəsində Elmir Hüseynli hadisə yerində vəfat etmiş, F.Abbasov isə ağır dərəcəli bədən xəsarətləri alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib”, - məlumatda deyilir.

Hadisə avqustun 29-da, Tərtər rayonunun Təzəkənd yaşayış məntəqəsində baş verib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  30 Avqust 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9o2q58

Ən çox baxılan