Mənbə: Meydan Tv

Tənqidçi: İnanıram ki, tamaşaçı həqiqi sənət axtarışına çıxacaq

“Pandemiyadan əvvəlki kimi deyil, daha fərqli tamaşalar göstərilməlidir”

“Tamaşanın əsas xüsusiyyəti, özəlliyi canlı olmağındadır. Virtual baxdığın teatr deyil, darıxdırır. Virtuallıq - tamaşa estetikasının yetmiş faizini yox edir”.

Teatrşünas Aliyə Dadaşova Meydan TV-yə belə deyir. Onun fikrincə, pandemiya fəaliyyətsiz qalan teatrlara ciddi zərbə vurmaqla yanaşı, tamaşaçılara da təsirsiz ötüşməyib.

Tənqidçi hesab edir ki, pandemiyadan sonra fəaliyyətə başlayacaq teatrlar repertuarlarında ciddi dəyişiklik etməlidir:

“İnsanlar pandemiya, müharibə dövründə ruhsal olaraq yoruldular. Bərpa üçün onlara müsbət impuls lazımdır. Yerli televiziyalara baxırıq, təəssüf ki, onlar bu impulsu verə bilmir. Müsbət impulsu həqiqi sənət verə bilər. İnanıram ki, tamaşaçı həqiqi sənət axtarışına çıxacaq. Hər dəfə kafe, restoran axtarmayacaq. Ruhi aclığını doyurmaq istəyəcək. Bizim teatrlar da buna hazır olmalıdır. Amma pandemiyadan əvvəlki kimi deyil, daha fərqli tamaşalar göstərilməlidir. Çünki köhnə tamaşalara artıq baxılmayacaq. Bunun üçün nə etməlidirlər? Təbii ki, hər bir teatr öz üslubuna, yaradıcı istiqamətinə uyğun tamaşalar oynamalıdır”.

Onlayn tamaşaların izləyici sayının az olması məsələsinə münasibət bildirən teatrşünas deyir ki, bunun üçün sosial şəbəkələrlə aktiv işləmək, PR məsələlərinə ciddi yanaşmaq lazımdır:

“Teatrlarımız hətta pandemiyadan öncə də bu işə ciddi yanaşmayıb. Ona görə də tamaşaların onlayn baxışının olmaması normaldır. Bu yaxınlarda “Pantomima”nın əfsanəvi “Ümid” tamaşası teatrın sosial şəbəkə səhifəsində qarşıma çıxdı. Çox təəssüf ki, baxış sayı çox aşağı idi. Halbuki, həmin tamaşaya baxmaq istəyən çox olmalı idi”.

Pandemiya ilə əlaqədar bir ildən çoxdur Azərbaycanda teatrların fəaliyyəti dayanıb. Ölkə teatrları virtual tamaşalar nümayiş etdirir.

Mədəniyyət naziri Anar Kərimov martın 10-u Milli Teatr Günündə Azərbaycanda teatrların bu ilin sonuna kimi açılmaq ehtimalının olduğunu bildirmişdi:

“Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr aparılır, təbii ki, burada Mədəniyyət Nazirliyinin rəyi də nəzərə alınır. Dinamika aşağı düşdüyü zaman teatrları açacağıq. Ümid edirik ki, teatrlarımız mövsümün sonuna kimi açılacaq”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xfps72

Ən çox baxılan