“Tələbələrə ictimai nəqliyyatda güzəştlər tətbiq edilsin”

Hətta sovet hakimiyyəti dönəmində də tələbələrə və bir çox sosial qruplara ictimai nəqliyyatda güzəştlər tətbiq edilirdi.

Foto Meydan TV


D18 Hərəkatı tələbələrlə bağlı kampaniyaya başlayıb

D18 Hərəkatı tələbələrə ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməsi ilə bağlı kampaniyaya başlayıb. Bu barədə Meydan TV-yə Hərəkatın başqanı Ruslan İzzətli məlumat verib. Onun sözlərinə görə, tələbələr arasında 5 min imza toplayaraq Nazirlər Kabinetinə müraciət edəcəklər:

“Əksər ölkələrdə tələbələrə bir çox güzəşt edilir. Hətta sovet hakimiyyəti dönəmində də tələbələrə və bir çox sosial qruplara ictimai nəqliyyatda güzəştlər tətbiq edilirdi. Türkiyədə, Rusiyada, Avropa ölkələrində tələbələrə ictimai nəqliyyatda , kafe və restoranlarda, muzeylərdə, kitab mağazalarında xüsusi endirimli kartlar verilir. Azərbaycanda fəaliyyət göstərən 54 dövlət və özəl universitetdə 150 mindən çox tələbə təhsil alır. Ancaq təəssüflər olsun ki, dövlətin onlara yönəlik heç bir lahiyəsi yoxdur. Tələbə yataqxanası yoxdur, təhsil haqqı yüksəkdir, tələbə təqaüdü 60-140 manatdır. Bu cür şərtlər altında tələbə necə yaşasın?! Tələbə Həmkarlar İttifaqı rektorlarla birgə pul yeyinitisi ilə məşğuldur, nəinki tələbələrə yönəlik sosial layihələrin icrası ilə…”

Hərəkat başqanı bildirib ki, kampaniya çərçivəsində tələbələrə güzəştlərin tətbiq edilməsi üçün siyasi və hüquqi addımlar da atmağı planlaşdırırlar.

Ana səhifəİqtisadiyyat“Tələbələrə ictimai nəqliyyatda güzəştlər tətbiq edilsin”