Naxçıvanda tələbələrin qaldığı karantin

Mənbə: Meydan.TV

Başlıq: Naxçıvanda tələbələrin qaldığı karantin

Tələbə yoldaşlarına səsləndi: Naxçıvana gəlməyin, Türkiyədə qalın (yenilənib)

Məqalə yeniləndi:  27 Mart 2020

***

15.01. Sosial şəbəkələrdə Naxçıvandakı hadisələrələ bağlı səsyazısı yayılıb. Səsin Arpaçaydakı hərbi hissədə karantinə alınan tələbə qızlardan birinə aid olduğu bildirilir. Həmin tələbə Zivər adlı rəfiqəsinin “reşotkalı” otağa salındığını söyləyir.

Onun sözlərinə görə, buna səbəb qızların öz tələbə yoldaşlarının vəziyyəti ilə maraqlanmalarıdır:

“Bizi yeməyə çıxarmışdılar. Dünən aparılan uşaqlardan birini gördük, üst-başı toz içində idi. Xahiş etdik ki, 5 dəqiqə görüşək. Mənə heç nə demədilər, yanımdakı qızı çağırdılar ki, gəl, görüşdürəcəyik səni. Onu tutub zorla aparıb saldılar “reşotkalı” yerə. Mənim astmam var deyə cəsarət etmədilər, onu apardılar. Ən yaxın rəfiqəmdir, o da ürək xəstəsidir, nəsə bir şey olsa, kim cavab verəcək?”

***

Vəziyyəti videoya çəkən tələbələri polis aparıb, bir nəfərin döyüldüyü deyilir

Naxçıvandakı Duzdağı sanatoriyasında saxlanılan tələbələrdən ikisini polis aparıb. Onların 3 gündür harada saxlanılması barədə heç bir məlumat yoxdur.

Bu barədə Meydan TV-yə Duzdağı sanatoriyasının mağarasında saxlanılan tələbələr məlumat verib.

Onların sözlərinə görə, polislər oradakı vəziyyəti videoya çəkən Hüseyn Novruzovla Eltac Kərimovu qandallayaraq harasa aparıblar.

Martın 26-da Türkiyədən Naxçıvana gələn tələbələrdən biri isə Meydan TV-yə deyib ki, onları incidirlər:

“Gəlməyimizə peşman olmuşuq. Bizi hərbi hissəyə gətiriblər. Yoxlamadan hamını bir yerə yığıblar. Nə yemək verirlər, nə də tualetə getməyə qoyurlar. Gün ərzində 20 nəfərlik qrupla buraxırlar çıxıb 5-10 dəqiqə hava alırıq, vəssalam”.

Tələbə Meydan TV vasitəsilə Türkiyədəki yoldaşlarına səslənib:

“Naxçıvana gəlib bu problemi yaşamaqdansa, orada qalsınlar. Naxçıvandakı şərait virusa yoluxmaq ehtimalını artırır”.

Başqa bir məlumatda isə deyilir ki, Daxili Qoşunların hərbi hissəsində karantinə alınan tələbələr dünən bərbad şəraitə görə etiraz edib. Vəziyyəti çəkib paylaşan Ümid adlı tələbə isə zirzəmiyə salınaraq dubinka ilə döyülüb, ancaq qusandan sonra işgəncə dayanıb.

“Ümid digər yoldaşları ilə görüşdürülmür. Deyilir ki, fiziki vəziyyəti çox pisdir və xəbərin yayılmasını istəmədikləri üçün onu gizlədirlər.

Ümidlə maraqlanmaq istəyən Şəlalə adlı bir tələbə qızı qaranlıq, soyuq bir otağa kilidləyiblər, bir müddət saxlayandan sonra çıxarıblar və təhdid edib buraxıblar. Rəis Şəlaləyə deyib ki, biz Ümidi döymədik, sadəcə silkələdik. Sən Ümidi görsən, soruşarsan ki, döyülüb, ya yox.

Hərbi hissədə işıqlar yanmır, hamı kütləvi formada saxlanılır, normal yemək, normal ayaqyolu şəraiti və s. yoxdur”, - sosial şəbəkələrdə yayılan məlumatlarda deyilir.

Məsələyə Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən və Nazirlər Kabineti yanında Operativ Qərargahdan heç bir reaksiya verilməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  27 Mart 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hksaos

Ən çox baxılan