Mənbə: Meydan TV

“Tək istəyim odur ki, mənə əvvəlki sağlamlığımı qaytarsınlar”

“Tək istəyim odur ki, mənə əvvəlki sağlamlığımı qaytarsınlar”

Ramin Tapdıqov İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Sentyabrın 21-də cəbhə bölgəsinə yollanan Ramin oktyabrda ağır yaralanıb. Bundan sonra bir ay xəstəxanada qalıb. Onun ayağı sınıb, qəlpələr isə bədənində yerdəyişmə edib.

Ramin Tapdıqov deyir ki, onun xəstəlik sənədini hazır etmir, get-gələ salırlar. Müalicə üçün Hərbi Hospitala gedəndə mülki xəstəxanaya yönləndirirlər. Bunun üçünsə onun imkanı yoxdur. Qazi əvvəllər briqadir kimi çalışıb. İndi əmək qabiliyyətini itirdiyi üçün heç bir yerdə işə götürmürlər. O, hazırda ailəsi ilə birgə vaqon hissələrindən hazırlanan balaca evdə yaşayır. İki azyaşlı övladı var. Deyir, müharibə başlayanda həyətində yeni tikdiyi ev də yarımçıq qaldı.

Qazi deyir ki, “Yaşat¨ Fondu ona yardım vəd etsə də, hələ bir nəticəsi yoxdur. Yardım etmək üçün fond veteran kartı tələb edir.

Qazinin tək istəyi sağlamlığına qayıtmaq, ailəsini sərbəst dolandıra bilməkdir. Ramin Tapdıqov deyir ki, müharibədəki minamyot səsləri onda ciddi travmalar buraxıb. Gecələr yata bilmir, durduğu yerdə əsəbləşir. Hətta elə olub ki, özünəqəsd haqqında da düşünüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/r52o64

Ən çox baxılan