“Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanacaq

O bildirib ki, təmir edilməmiş 500-600 məktəb qalıb ki, onların da təmiri yaxın 2-3 il ərzində təmiri həyata keçirləcək.

Foto: Meydan TV


İsa Həbibbəyli: "Ali məktəb dərslikləri illər əvvəl edilmiş tərcümələrə əsaslanır"

" Hər il 250-dən çox məktəb ya tikilir, ya da əsaslı şəkildə təmir edilir. Hazırda Azərbaycanda 3200 məktəb fəaliyyət göstərir. Ölkədə son illərdə 2500-ə yaxın məktəb tikilib və ya əsaslı təmir olunub".

Milli Məclisin Elm və təhsil komitəsinin sentyabrın 17-də keçirilən iclasında komitə sədri İsa Həbibbəyli belə deyib. O bildirib ki, təmir edilməmiş 500-600 məktəb qalıb ki, onların da təmiri yaxın 2-3 il ərzində təmiri həyata keçirləcək.

Komitə sədri ali təhsil müəssisələrinin dərsliklərində problemlər olduğunu da deyib.

O qeyd edib ki, tətbiqi, dəqiq və təbiət elmləri sahəsində dərsliklər illər əvvəl edilmiş tərcümələrə əsaslanır. "Bu sahədə işlər görülməlidir. Xüsusilə, magistratura üçün dərsliklərin yaradılması işləri də çox ləng gedir”.

İsa Həbibbəyli ödənişli təhsil alan tələbələrin problemlərini həll etmək üçün ayrıca qanunun hazırlanmasının məqsədəuyğun hesab edildiyini və "Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanacağını da bildirib. “Bununla bağlı müzakirələr aparılır və dünya təcrübəsi öyrənilir”.

Ana səhifəSiyasət“Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanacaq