Tehranın keçmiş merinə ölüm hökmü verilib

Məhəmməd Əli Nəcəfi arvadını öldürməkdə günahlandırılır

Source: EPA


Məhəmməd Əli Nəcəfi arvadını öldürməkdə günahlandırılır

İkinci arvadını öldürməkdə ittiham olunan Tehranın keçmiş meri Məhəmməd Əli Nəcəfi edam cəzasına məhkum edilib,- Azadlıq Radiosu Fars Xidməti xəbər verir.

“Məhkəmə qəsdən adam öldürmə cəzası təyin edib və edam hökmünü çıxarıb,” məhkəmənin mətbuat katibi Qulamhuseyn İsmaili (Gholamhossein Esmaili) İran ədliyyəsinə bağlı “Mizan” xəbər agentliyinə müsahibəsində deyib.

67 yaşlı Nəcəfi qanunsuz odlu silah saxladığına görə iki illik həbs cəzası alıb, -İsmaili deyib.

Məhkəmənin hökmü ilə bağlı 20 gün ərzində Ali Məhkəməyə müraciət edilə bilər.

Nəcəfinin həyat yoldaşı Mitra Ostad 28 may tarixində Tehranın şimal-qərbində yerləşən evində ölü tapılıb.

Rəsmilər Nəcəfinin səlahiyyətli orqanlara təslim olduğunu və ailə zəminində həyat yoldaşını öldürdüyünü etiraf etdiyini deyib.

Silah zorakılığı İranda nadir haldır.

Ölkədə tətbiq olunan İslam qanunlarına əsasən çoxarvadlılıq qanunidir.

Nəcəfi keçən il gənc qızların rəqs etdikləri bir mərasimdə iştirak etdiyi üçün mühafizəkarlar tərəfindən sərt tənqid edildikdən sonra istefaya getmişdi. O, istefasının əsas səbəbinın sağlamlıq olduğunu açıqlamışdı.

Nəcəfi həmçinin İranın vitse-prezidentlərindən biri kimi də fəaliyyət göstərib.

Ana səhifəDünyaTehranın keçmiş merinə ölüm hökmü verilib