Elmin Bədəlov

Mənbə: Foto: Meydan tv

Başlıq: Elmin Bədəlov

Teatrla nazirliyin məhkəməsi başlayır

Elmin Bədəlov: “Qanunvericilikdə nəzərdə tutulmuş müddəti keçməsinə baxmayaraq, son rəsmi müraciətimizə heç bir cavab verilməyib”

Oktyabrın 30-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ADO teatrının Mədəniyyət Nazirliyinə qarşı qaldırdığı məhkəmə iddiasının hazırlıq iclası keçiriləcək.

Bu haqda məlumatı Meydan TV-yə teatrın qurucusu, baş rejissor və aktyoru Elmin Bədəlov verib.

İlk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə rəsmi müraciətlər etsə də, müsbət cavab almayıb.

Teatr bununla bağlı Mədəniyyət Nazirliyini məhkəməyə verib.

“Qanunvericilikdə nəzərdə tutulmuş müddəti keçməsinə baxmayaraq, son rəsmi müraciətimizə heç bir cavab verilməyib. Yalnız nazirliyin teatr şöbəsinin əməkdaşı Könül Cəfərova telefon vasitəsilə bildirib ki, onlar ADO-nun küçə performansları nümayiş etdirməsinə qarşıdırlar”, - Elmin Bədəlov deyir.

ADO teatrının küçə tamaşalarına Mədəniyyət Nazirliyi tərəfindən əngəllərin törədilməsinə etiraz olaraq vətəndaşlar bir müddət öncə imzatoplama kampaniyasına start verib. 1500 vətəndaş beynəlxalq imzatoplama saytı “Change.Org” vasitəsilə bir araya gəlib.

Teatr həmin imzaları rəsmi məktubla nazirliyə göndərib və Əbülfəs Qarayevin vətəndaşların, eyni zamanda teatrın mövqeyinə cavab verməsini istəyib. Mədəniyyət Nazirliyi vətəndaşların çağırışına hələ ki, reaksiya verməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/k2isju

Ən çox baxılan