“Taliban” “amnistiya” elan etdi

Bir gün öncə aeroporta yığışanların çoxunun evlərinə qayıtdığı bildirilir

Source: Reuters


Bir gün öncə aeroporta yığışanların çoxunun evlərinə qayıtdığı bildirilir

"Taliban" təmsilçiləri Əfqanıstanda hamı üçün ümumi “amnistiya” elan etdiklərini açıqlayıblar.

Avqustun 17-də Kabildə bir gün əvvələ görə sakitçilik olub.

“Reuters” yazır ki, bir gün öncə aeroporta yığışanların çoxu evlərinə qayıdıb.

Bu barədə media qurum Əfqanıstandakı rəsmilərdən məlumat alıb.

Mənbə hava limanı istiqamətində bu gün də arada atəş səslərinin gəldiyini bildirib.

ABŞ rəsmisi Hamid Karzai isə açıqlamasında bildirib ki, hazırda Kabildəki Beynəlxalq Hava Limanındakı hərbi və kommersiya uçuşlarına Amerika nəzarət edir.

Bu gün Avropa Birliyinin xarici işlər nazirləri Brüsseldə təcili toplantı keçirəcəklər. Toplantı mövzusu Əfqanıstandan evakuasiya planları və hazırki durumdur.

ABŞ Prezidenti Co Biden də Əfqanıstandakı olaylarla bağlı açıqlama verib. Bildirib ki, Birləşmiş Ştatların missiyası heç vaxt dövlət quruculuğu olmamalıdır: “Əfqanıstan ordusunu yaraqlılarla vuruşmaq istəmir. ABŞ ordusunun Əfqanıstandan çıxarılması ilə bağlı qərarımın tam arxasında dururam. 20 illik təcrübəmdən əmin oldum ki, ABŞ ordusunu çıxarmaq üçün bundan yaxşı məqam olmayıb”.

Biden bildirib ki, sadəcə bütün bunlar düşündüyündən tez və sürətli baş verib: “Əfqanıstanın siyasi liderləri təslim olaraq ölkədən qaçıblar. Əfqanıstan hərbçiləri döyüşə cəhd etmədən təslim olublar. Onların özləri uğrunda mübarizə aparmaq istəmədikləri bir halda, ABŞ ordusu orda müharibə aparıb ölməməlidir”.

Biden deyib ki, ABŞ-ın Əfqanıstanda milli maraqları əsasən, ABŞ-a xaricdən terror hücumlarının qarşısını almaqdan ibarət olub: “Birləşmiş Ştatlar Əfqanıstan ordusunu olduqca yaxşı təhciz etmişdi, bu ordu Amerikanın bəzi NATO müttəfiqlərindən daha çox sayda və daha yaxşı şəkildə təchiz olunmuşdu”.

Joe Biden Taliban hərəkatına da xəbərdarlıq edib, bildirib ki, ABŞ ordusunun çıxarılması prosesi maneəsis keçməlidir, əks halda dağıdıcı güclə üzləşəcəklər.

Avqustun 15-də Əfqanıstan Daxili İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, Taliban silahlıları dörd bir yandan Əfqanıstanın paytaxtı Kabil şəhərinə yaxınlaşır.

Daha sonra Əfqanıstanın Əl-Ərəbiyyə telekanalı mənbələrinə istinadən məlumat yaydı ki, paytaxt Kabilin şimalında və cənubunda hökumət qüvvələri ilə "Taliban" silahlıları arasında döyüşlər gedir.

Ardınca Qətərin paytaxtı Dohada fəaliyyət göstərən "Taliban" ofisi açıqlama yayaraq bildirib ki, onların birlikləri Kabilə çatıb. Ancaq onlar insanların ölməsini və zərər görməsini istəmirlər. Buna görə də döyüşçüləri Kabilin giriş nöqtələrində dayanıb. Onlar Kabili silah gücünə yox, danışıqlar yolu ilə nəzarətə almaq istəyirlər.

Avqustun 15-də Əfqanıstan daxili işlər naziri Əbdül Səttar Mirzəkval yazılı çıxışında deyib: "Əfqanıstan xalqı narahat olmamalıdır … şəhərə heç bir hücum olmayacaq və hakimiyyətin keçid hökumətinə sülh yolu ilə verilməsi olacaq”.

Növbəti xəbərlərdə isə Əfqanıstan prezidenti Aşraf Qaninin danışıqlardan sonra ölkəni tərk etdiyi bildirilirdi.

Ana səhifəDünya“Taliban” “amnistiya” elan etdi