Taleh Bağırzadəyə mahnı həsr edən gənc yenidən saxlanılıb

Martın 14-də qardaşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ – ölkədə “bandotdel” kimi tanınır) yollansa da, ona heç bir məlumat verilməyib

Source: Specify Source


İnanclının saxlanma səbəbi bəlli deyil

Martın 13-dən etibarən Elvin Mürvətoğlu adlı inanclı yenidən saxlanılıb. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.

Bildirilir ki, “Müsəlman Birliyi” Hərəkatının üzvü Elvin Mürvətoğlu günorta saat 1 radələrində evdən çıxsa da, gedəcəyi ünvana çatmayıb. Gün ərzində onunla əlaqə saxlaya bilməyən ailəsi hüquq-mühafizə orqanlarına xəbər verib. Bununla belə, ondan heç bir xəbər çıxmayıb.

Martın 14-də qardaşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ – ölkədə “bandotdel” kimi tanınır) yollansa da, ona heç bir məlumat verilməyib.

Yaxınları deyir ki, yalnız bundan sonra BMCMİ-nin müstəntiqi ailə ilə əlaqə saxlayıb:

“Müstəntiq Elvinin ailə üzvü ilə danışıb və deyib ki, bu gün saat 18.00-18.30 arası onu qəbul edəcək. Saxlanılma səbəbini də həmin görüşdə deyəcəyini bildirib”.


Elvin Mürvətoğlu

bundan əvvəl fevralın 5-də Rusiyadan qayıdarkən Heydər Əliyev adına hava limanında saxlanılmışdı.

Elvin Mürvətoğlu şeir və mahnıları ilə tanınır. Yaxınları hesab edir ki, onun saxlanılmasına səbəb “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və digər siyasi məhbuslar haqqında səsləndirdiyi mahnılardır. O, bu yaxınlarda Taleh Bağırzadəyə “Azadə qardaş” adlı mahnı həsr edib və bu mahnı sosial şəbəkələrdə yayılıb.

Daxili İşlər Nazirliyindən E.Muradovun saxlanması barədə heç bir məlumat öyrənmək mümkün olmayıb.

Ana səhifəSiyasətTaleh Bağırzadəyə mahnı həsr edən gənc yenidən saxlanılıb