Tacikistanda jurnalistin məhkəməsi təxirə salınıb

Tacik Jurnalistlərinin və Blogerlərin Avropa Konqresi Şərifovun həbsini qanunsuz adlandırıb və qeyd edib ki, jurnalist mütəmadi olaraq dini ekstremizm və terrorizmə qarşı olub.

Source: Specify Source


Daler Şərifov etnik, irqi və dini nifrət oyatmaqda ittiham olunur

Tacikistan məhkəməsi beynəlxalq ictimaiyyətin “absurd” adlandırdığı, ekstremizm ittihamları ilə üzləşən jurnalistin məhkəməsini təxirə salıb – RFE/RL xəbər verir.

Düşənbənin Şomansur Rayon Məhkəməsinin aprelin 13-nə planlaşdırdığı dinləmə prokuror məhkəməyə gəlmədiyi üçün təxirə düşüb, – Daler Şərifovun vəkili deyib.

Prosesə qatılmaq ümidi ilə məhkəmə binası qarşısına toplanmış bir qrup jurnalist və vətəndaş cəmiyyəti fəalları üçün hələ də dinləmənin ictimaiyyətə açıq olub -olmayacağı sual altındadır.

Daxili siyasət və dini mövzularda yazan 32 yaşlı Şərifov yanvarın 28-də həbs edilib. Polis onun Düşənbədəki mənzilində axtarış aparıb, ona məxsus kompüter və bir neçə kitabı müsadirə edib.

Daha sonra Şərifov etnik, irqi və dini nifrət oyatmaqda ittiham olunub. Günahkar bilinərsə, 5 ilə qədər həbs cəzası ala bilər.

Baş Prokurorluq iddia edir ki, məhkəmə işi 2013 və 2019 arasında sosial mediada yayımlanan “dini dözümsüzlüyü təşviq etməyə” yönəlmiş “ekstremist məzmunlu 200-dən çox məqalə və şərhə” əsaslanır.

Şərifovun yaxınları, insan haqları təşkilatları və media azadlığı qrupları ittihamları rədd edir, onları əsassız adlandırır və jurnalistin dərhal azad edilməsini tələb edirlər.

İttihamları “absurd” adlandıran Sərhədsiz Reportyorlar və Jurnalistləri Müdafiə Komitəsi deyib ki, Şərifovun həbsi mart ayında keçirilmiş və Prezident Emoməli Rahmonun hakim partiyası tərəfindən qazanılan parlament seçkiləri öncəsi tənqidçi jurnalisti susdurmaq məqsədi daşıyıb.

Tacik Jurnalistlərinin və Blogerlərin Avropa Konqresi Şərifovun həbsini qanunsuz adlandırıb və qeyd edib ki, jurnalist mütəmadi olaraq dini ekstremizm və terrorizmə qarşı olub.

“Müstəqil xəbər saytı “Ozodagon” üçün 2013-cü ildən bəri yazan Şarifov insan hüquqları və dini azadlıqların pozulmasına tez-tez münasibət bildirib”, – sərhədsiz jurnalistlər qeyd edir.

Səkkiz il əvvəl jurnalist hücuma məruz qaldığı və döyüldüyü üçün bir neçə gün xəstəxanada qalıb.

Beynəlxalq insan haqları təşkilatları Tacikistan hakimiyyətini müstəqil mediaya təzyiqləri davam etdirdiyi üçün dəfələrlə tənqid edib. 2019-cu ilin Dünya Mətbuat Azadlığı İndeksinə görə, Tacikistan 180 ölkə arasında 161-ci sıradadır.

Ana səhifəDünyaTacikistanda jurnalistin məhkəməsi təxirə salınıb