Tacikistan və Qırğızıstan prezidentləri mübahisəli sərhəd məsələsini müzakirə edib

Orta Asiyadakı keçmiş sovet respublikalarının bir çoxunun sərhəd bölgələri 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra mübahisəli əraziyə çevrilib.

Source: meydan tv


Liderlərin görüşü davam edəcək

Tacikistan Prezidenti Emoməli Rəhmon və onun qırğız həmkarı Sooronbai Jeenbekov bölgədəki gərginliyi azaltmaq üçün Tacikistanın Vorux torpağında görüşüblər, – Azadlıq Radiosu xəbər verir.

İki lider iyulun 26-da problemli ərazidə görüşərkən qucaqlaşıblar və sərhədin hər iki tərəfində yaşayan yerli sakinlərlə xitab ediblər. Jeenbekov Qırğızıstanın Ak-Sai kəndinin sakinləri ilə də söhbət edib və onlara sərhəd boyunca vəziyyəti şəxsi nəzarətinə götürdüyünü bildirib. İki lider danışıqları Qırğızıstan sərhəddinə yaxın yerləşən tacik şəhəri İsfarada və daha sonra Qırğızıstanın şimalındakı Çolpon-Ata şəhərində davam etdirəcək.

Danışıqların əsas səbəbi sərhədboyu tez-tez müşahidə edilən toqquşmalardır.

İyulun 22-də Tacikistan rəsmiləri deyib ki, Qırğızıstan kəndliləri Tacikistan sakinlərinin İsfara-Vorux yoluna milli bayraqlarını taxmasından sonra ov silahlarından istifadə edərək, bir taciki öldürüb və daha 7 nəfəri yaralayıblar. Batken bölgəsinin rəsmiləri qarşıdurmalardan sonrakı günlərdə təhlükəsizlik səbəbiylə Ak-Sai kəndindən 650-dən çox sakini müvəqqəti olaraq köçürüblər.

Orta Asiyadakı keçmiş sovet respublikalarının bir çoxunun sərhəd bölgələri 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra mübahisəli əraziyə çevrilib. Tacikistan, Özbəkistan və Qırğızıstan sərhədlərinin qovuşduğu Fərqanə vadisində vəziyyət daha da mürəkkəbdir.

Ana səhifəDünyaTacikistan və Qırğızıstan prezidentləri mübahisəli sərhəd məsələsini müzakirə edib