Dövlət Statistika Komitəsi

Mənbə: stat.gov.az

Başlıq: Dövlət Statistika Komitəsi

Statistika Komitəsi: Müstəqillik dövründə ən çox boşanma 2018-ci ildə qeydə alınıb

Məqalə yeniləndi:  16 İyul 2019

Ombudsman: ''Aliment Fondu yaradılmalıdır''

Ombudsman Elmira Süleymanova Aliment Fondunun yaradılması haqqında Milli Məclisə müraciət edib.

Bu barədə Elmira Süleymanova APA-ya danışıb.

O, məsələnin bir neçə dəfə illik məruzəsinə daxil edildiyini xatırladaraq bildirib ki, Aliment Fondunun yaradılması zəruridir:

Elmira Süleymanova

Elmira Süleymanova

Mənbə: Google

“Çünki ölkədə boşanmaların sayı kritik vəziyyət alır. Aliment Fondu Dövlət Sosial Müdafiə Fondu kimi bir fond olacaq. Boşanan insanlar məhkəmə qərarından sonra bu fonda müraciət edərək aliment pulunu ala biləcəklər. Sonra isə dövlət həmin borcludan məcburi qaydada müəyyən bir prosedurla bu vəsaiti alacaq. Ümid edirik ki, Aliment Fondunun yaradılması öz müsbət həllini tapacaq”.

Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ombudsmanın səsləndirdiyi Aliment Fondu təklifinin onlar tərəfindən gündəmə gətirildiyini bildirib.

Novella Cəfəroğlu

Novella Cəfəroğlu

Mənbə: Telegraf

Novella Cəfəroğlu boşanmaların kritik həddə çatmasını qanunların icra olunmaması ilə izah edir:

“Təsəvvür edin ki, rayonlarda 15-16 yaşda qızları ərə verirlər, 3-4 uşaq olandan sonra ata iş arxasınca şəhərə gəlir və problemlər bundan sonra başlayır. Yaxud kişi varlı olur, uşaqlar doğulandan sonra qadını atır, uşaqları da özü götürür, qadına belə vermir. Təəssüf ki, əyalətlərdə qızları tez ərə verirlər”.

Digır bir məsələ kimi Novella Cəfəroğlu qadınların sərbəstliyinin boşanmaların artmasına səbəb olduğunu göstərir.

“Yəni qadınlar özləri qazanır, kişinin evdə hər hansı böyüklüyünü qəbul etmir və nəticədə mübahisələr yaranır, ailə dağılır. Nəhayət, qızların təhsil almaması da boşananlara təsir edir. Ona görə Aliment Fonduna ehtiyac var, amma kişi işləməyəndə, o fond müdaxilə etməlidir”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, alimentlərin vaxtında ödənilməsi üçün ilk növbədə icraçıların məsuliyyəti artırılmalıdır:

“Problem ondadır ki, icraçılar uşağın anadan alınmasında məsuliyyətli olurlar, amma aliment verilməsində operativ deyillər. Bu məsələdə gender stereotipləri özünü göstərir. Qadın olanda məhkəmə qərarı tez icra olunur, amma kişi hədəfdə olanda qərar icra edilmir, yaxud kişinin sözü keçir”.

Mehriban Zeynalova xatırladıb ki, Aliment Fondu müsbət ideyadır və bu barədə ilk dəfə Novella Cəfəroğlu məsələ qaldırıb.

“Amma bu fondun necə işləyəcəyi mexanizmi suallar doğurur. Fond hansı hesabla formalaşacaq, vətəndaşların vergisi ilə formalaşacaqsa, diqqətli olmaq lazımdır. Dövlət ömrü boyu aliment ödəyə bilməz. Əgər kişi işləmirsə, məhkəmə Sosial Müdafiə Fonduna bununla bağlı sorğu göndərməli, onun hardasa işləyib-işləməsi araşdırmalıdır və onun əmək kartının olması ilə maraqlanmalıdır. Əgər bunlar alınmırsa, yaxud kişi ölkədə yoxdursa, Aliment Fondu neçə ay qadına vəsait ödənməsini araşdırmalıdır, yəni 3 ay möhlət verilə bilər”.

Mehriban Zeynalova

Mehriban Zeynalova

Mənbə: meydan tv

İctimai Birliyinin sədri boşanmaların qarşısının alınması üçün nikaha girən şəxslərin psixoloji testlərdən keçirilməsini təklif edir:

“Bir ay düşünmə dövründə psixoloqlar onlarla söhbət etməlidir. Boşanma dövründə zorakılığın və başqa məsələlərin vəziyyəti qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər araşdırma aparsa da, ailəni istiqamətləndirməlidir. Yəni Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi çoxlu sayda QHT-yə layihə ayırır, onlar nə işlə məşğul olur?! Ailələri bu QHT-lərə istiqamətləndirmək lazımdır, onlarla psixoloqlar danışımalıdır. Bəlkə işsizdirlər, iş tapmalıdırlar. Məsələ ondadır ki, məhkəmənin verdiyi 3 ay heç nədən gedir, ailələrin müvafiq nazirliyə və onların layihə verdiyi QHT-lərə istiqamətləndirmirlər. Təəssüf ki, Azərbaycanda Ailə Yol Xəritəsi hazırlanmayıb”.

Dövlət Statistika Komitəsi iyulun 15-də 1991-2018-ci illərdə qeydə alınan boşanmaların sayını açıqlayıb. Bildirilib ki, son 27 ildə ölkədə 241 min 621 boşanma qeydə alınıb:

“Ən az boşanma 1999-cu ildə (5013), ən çox boşanma isə 2018-ci ildə (14857) qeydə alınıb”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  16 İyul 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/q5rcpd

Ən çox baxılan