“Sovetski”lilər mülkiyyət haqqlarını tələb edirlər

“Sovetski”lilər mülkiyyət haqqlarını tələb edirlər

Dağıdılmış evlərinin yerində toplaşan keçmiş “Sovetski”lilər mülkiyyət hüquqlarının pozulmasına etiraz edirlər.

2018-2019-cu illərdə buradan təzyiqlə köçürüldüklərini deyən sakinlər kompensasiyanın ədalətli təyin olunmadığını, bazar qiymətlərinin nəzərə alınmadığını bildirirlər.

Mülkiyyət hüquqlarını müdafiə edən hüquqşünas Xalid Bağırov “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda vətəndaşın istifadəsində olunan torpaqlara görə onların haqq tələb etməsini əsaslı sayır. O bildirir ki, qanunda torpağın özəlləşdirilməsinin vacibliyi göstərilməyib.

Həmçinin ölkə başçısı İlham Əliyevin qərarına görə, 2018-2019-cu illərdə “Sovetski”dən köçürülənlərə əlavə yardım ödənilməli idi.

Keçmiş “Sovetski”lilər illərdir yaşadıqları yerlərdən uzaq düşüblər, bəziləri verilən kompensasiyaya ev ala bilməyib, hələ də kirayədə qalır.

Ana səhifəVideo“Sovetski”lilər mülkiyyət haqqlarını tələb edirlər