Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Mənbə: Foto: Meydan TV

Başlıq: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Sosial yardımla bağlı şərtlər yumşaldılır

Yardımın ödənilmə müddəti də 2 ildən 1 ilə endirilib

Ailələrə ünvanlı sosial yardım almaq hüququ üçün müəyyənləşdirilmiş şərtlər yumşaldılır.

Bununla bağlı təkliflər mayın 19-da Milli Məclisin iclasında müzakirəyə çıxarılıb. Təklif “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanunda deyilir ki, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir.

Təklifə əsasən, bu səbəblər sırasına ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması daxil edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, yeni dəyişikliyə görə sosial yardımın ödənilmə müddəti 2 ildən 1 ilə endirilib. Əvvəllər bu yardım 2 il müddətinə ödənilirdi:

Qubad İbadoğlu

Qubad İbadoğlu

Mənbə: Foto: sosial şəbəkə

“Digər dəyişikliyə əsasən, orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının (hazırda 160 manatdan) məcmusundan aşağı olan ailənin əmək qabiliyyətli üzvününə birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsinə, 23 yaşınadək əyani təhsil almasına baxmayaraq həmin ailələlərə də ünvanlı sosial yardım almaq hüququ verəcək”.

İqtisadçı bu və digər səbəblərdən 160 manatlıq birdəfəlik yardıma müraciətinə imtina cavabı verilmiş aztəminatlı ailələrə DOST mərkəzlərinə müraciət etməyi tövsiyə edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/z7z0gi

Ən çox baxılan