Dövlət Sosial Müdafiə Fondu

Mənbə: Foto: google.az

Başlıq: Dövlət Sosial Müdafiə Fondu

Sosial Müdafiə Fondunun keçmiş əməkdaşı həbs edilib

Məqalə yeniləndi:  20 May 2020

Ramiz Seyidəliyevin vətəndaşın pensiya kartından pul çəkdiyi bildirilir

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin keçmiş əməkdaşı Ramiz Seyidəliyev həbs edilib.

Səbəb vətəndaşların etdiyi şikayətlər olub.

Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb. Bildirilir ki, vətəndaşların şikayəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırma aparıb.

Məlum olub ki, Ramiz Seyidəliyev qulluq mövqeyindən istifadə edərək vətəndaşın pensiya məbləğinin artırılmasına kömək vədi ilə onları aldadıb. Həmin şəxslərin pensiya kartını qanunsuz götürüb. 2013-2018-ci illər ərzində həmin kartlardan ümumilikdə 83 min manat məbləğində pul vəsaiti çəkib.

Ramiz Seyidəliyev Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə küllü miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Məlumatda bildirilir ki, hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

“Belə hallarla üzləşən zərərçəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə zəng etmələri xahiş olunur”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  20 May 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/324g82

Ən çox baxılan