SORĞU: Orduya ictimai nəzarət olmalıdırmı?

Milli Məclis dekabrın 15-də ''Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında'' qanun layihəsi qəbul edib. Qanuna görə Milli Məclisin Silahlı qüvvələrə nəzarət funksiyası ləğv olunub. Eyni zamanda jurnaslitlərin ordu haqda məlumat yayması məhdudlaşdırılıb.

Şəhər sakinlərindən soruşduq ki, orduya ictimai nəzarət olmalıdırmı?

-Əlbəttə olmalıdır. Valiqdeyn oğlunu əsgər göndərir. Bilməlidir də o nə edir, nə etmir?
-İctimai nəzarət ona görə olmalıdır ki, baş verən qanunsuzluqlar ictimailəşsin, aidiyyatı qurumlara, Ombusdmana təqdim olunsun.
-Olmalıdır, ona görə ki, baxaq görək orada bizim uşaqlar necə dolanır. Onlara necə baxırlar.
- Hər şeyi yox, sirri saxlamaq lazımdı. Amma jurnalistlər sirri saxlamır, ağzına gələni danışır.
- İctimai nəzarət qəti şəkildə olmamalıdır. Aprel döyüşündə 100-dən çox şəhid verdik. Orada nöqsanlar var idisə də, səbəblərdən biri də ictimaiyyətə çox açılmağı idi.
-Hamı xəbərdar olmalıdır da hər şeydən ki, orduda nələr olur, nə hadisələr baş verir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/id7t4q

Ən çox baxılan